İşin təsviri:
- Müəssisənin strategiyasının formalaşmasında, strateji sənədlərin hazırlanmasında və mövcud planların yenilənməsində iştirak etmək, mütəmadi olaraq icra prosesini izləmək və nəticələri dəyərləndirərək hesabatlar hazırlamaq;
- Müəssisənin korporativ və struktur vahidlər üzrə funksional Əsas Səmərəlilik Göstəricilərinin (KPİ) təyin olunması, yenilənməsi prosesində iştirak etmək və göstəricilər üzrə müntəzəm əsasda monitorinq aparmaq;
- İnvestisiya layihələri ilə bağlı araşdırma aparmaq və potensial investisiya layihərini təhlil etmək;
- İnvestisiya imkanları və maliyyə modellərinin təhlili ilə bağlı təqdimatlar hazırlamaq;
- İnvestisiya layihələri ilə bağlı partnyorlarla danışıqlarda və rəsmi yazışmalarda iştirak etmək;
Tələblər:
- Ali təhsil (korporativ maliyyə/maliyyə, biznesin idarə edilməsi və iqtisadiyyat istiqamətləri üzrə);
- İxtisası üzrə ən azı 1 il (mütəxəssis) / 3 il (aparıcı mütəxəssis) / 5 il (baş mütəxəssis) iş təcrübəsi;
- CFA və ya ACCA üzrə sertifikasiyalar (müxtəlif səviyyələr üzrə arzuolunandır);
- MS PowerPoint proqramında təqdimatların peşəkar səviyyədə hazırlanması təcrübəsi;
- MS Excel proqramında aşağı və orta çətinlik dərəcəsinə malik maliyyə modelləri ilə işləmək və onların yığılması ilə bağlı təcrübə (arzuolunandır);
- Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (mükəmməl), Rus dili (arzuolunandır);
- Yüksək səviyyəli analitik bacarıqlar və sürətli öyrənmə qabiliyyəti;
- Ünsiyyət, münasibət qurmaq bacarıqları və təşəbbüskarlıq.
Qeyd edilən tələblərə uyğun gələn namizədlər CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzuda “Strateji araşdırma və investisiya şöbəsinin mütəxəssisi” qeyd etməklə göndərə bilərlər.