Təsvir:
- Məlumatların toplanması, yığılması və inteqrasiyası: Python (Pandas, NumPy, Requests və s.) vasitəsilə fərqli məlumat mənbələrindən (API, fayllar, verilənlər bazaları) məlumatların toplanması, təmizlənməsi, strukturlaşdırılması və birləşdirilməsi proseslərini həyata keçirmək;
- Məlumatların köçürülməsi və idarə edilməsi: ETL vasitəsilə məlumatların müxtəlif mənbələrdən hədəf sistemlərə səmərəli və təhlükəsiz şəkildə köçürülməsini təmin etmək;
- İş proseslərinin avtomatlaşdırılması: ETL işlərinin və məlumat köçürülmə proseslərinin avtomatlaşdırılmasını təmin etmək, beləliklə, sistemin davamlı və effektiv işləməsini təmin etmək;
- Data Pipeline və Data Flows yaradılması: Məlumatların inteqrasiyası və emalı üçün Data Pipeline və Data Flows dizayn etmək, optimallaşdırmaq və inkişaf etdirmək;
- Verilənlər bazası əməliyyatları: Məlumatların daxil edilməsi, silinməsi və yenilənməsi üzrə SQL prosedurlarını yazmaq, optimallaşdırmaq və tətbiq etmək.
Tələblər:
- Təhsil səviyyəsi: Ali (Bakalavr);
- Data Mühəndisliyi sahəsində minimum 2 il iş təcrübəsi;
- Tələb olunan Proqram Bilikləri: Python,MSSQL,Oracle SQL ,ETL tools ;
- Problemi həll etmə, analitik düşünmə bacarığı;
- Komanda ilə işləmə bacarığı;
- Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
- Danışıqların aparılması bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı, liderlik keyfiyyətləri;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Təqdimat bacarıqları;
- Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
- Microsoft Office proqramları (MS Excel, MS Word, PowerPoint – yüksək);
- Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( orta texniki)
İş qrafiki:
- Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)
İş yeri:
- Heydər Əliyev Beynəlxalq Hava Limanı
Vakansiya haqqında:
- Vakansiya növü Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.