Təsvir
- Aviaşirkətin satış komandasına inzibati və əməliyyat dəstəyinin göstərilməsi;
- Səyahət agentlikləri, tur operatorları və korporativ müştərilərin vaxtında və səmərəli xidmət almasının təmin edilməsi;
- Daxil olan sorğuların cavablandırılması, qrup rezervasiyalarının icrası və müştəri tələblərinin yerinə yetirilməsi;
- Çarter uçuşlarının rəsmiləşdirilməsi üzrə komandanın idarə olunması və fəaliyyətinə nəzarət;
- Müştərilərə və tərəfdaşlara dəqiq və vaxtında xidmət göstərilməsinin təmin edilməsi;
- Marketinq, maliyyə və əməliyyat bölmələri ilə qarşılıqlı əməkdaşlığın qurulması;
- Müştəri məmnuniyyəti, komanda fəaliyyəti və əməliyyatların təkmilləşdirilməsi ilə bağlı rəhbərliyə müntəzəm hesabatların təqdim edilməsi;
- Xidmət səmərəliliyinin artırılması məqsədilə strategiyaların hazırlanması və tətbiqi.
Tələblər
- Təhsil: Ali təhsil (bakalavr);
- İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili – yüksək səviyyə, Rus dili – yüksək səviyyə, İngilis dili – orta səviyyə;
- Proqram bilikləri: MS Word, MS Excel, MS PowerPoint, MS Outlook;
- Aviasiya sistemləri üzrə biliklər: Amadeus, Amadeus Ticketing, Amadeus Advanced;
- Güclü yazılı və şifahi ünsiyyət bacarığı;
- Qərarvermə və problem həll etmə bacarığı;
- Komandada işləmək və idarəetmə bacarıqları;
- Strateji düşünmə və dəyişikliklərə uyğunlaşma qabiliyyəti;
- Yüksək məsuliyyət hissi və nəticəyönümlülük.
İş qrafiki:
- 5 günlük
İş yeri:
- Heydər Əliyev Beynəlxalq Hava Limanı
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.