Təsvir
- İllik Daxili Audit planına uyğun olaraq və plandankənar risk əsaslı audit və məsləhət layihələrinin icra edilməsi;
- İdarəetmə, risklərin idarə edilməsi və nəzarət proseslərinin qiymətləndirilməsi, onların səmərəliliyinin artırılması məqsədilə tövsiyələrin verilməsi;
- Daxili Audit prosesi çərçivəsində verilmiş tövsiyələrin icrasının təqib edilməsi;
- Daxili Audit layihələrinin nəticələrinə dair audit hesabatlarının hazırlanmasında və rəhbərliyə təqdim edilməsində iştirak edilməsi;
- Vəzifə və funksiyaların “Daxili Audit haqqında” Azərbaycan Respublikasının Qanununa və Daxili Auditorlar İnstitutu tərəfindən hazırlanmış Daxili Audit Standartlarına uyğun olaraq icra edilməsi;
- Daxili audit metodologiyasının və prosedurlarının inkişaf etdirilməsində iştirak edilməsi.
Tələblər
- Maliyyə, İqtisadiyyat, Aviasiya və ya əlaqəli ixtisaslar üzrə ali təhsil;
- Aviasiya sahəsində ən azı 1 il iş təcrübəsi;
- Aviasiya qaydaları və əməliyyatları üzrə biliklər;
- Beynəlxalq sertifikatlara malik namizədlərə üstünlük verilir (CIA, ACCA, CISA, CRMA, COSO IC, IOSA, COBIT və s.);
- Namizədin öz bilik və bacarıqlarını mütəmadi olaraq inkişaf etdirməyə və təkmilləşdirməyə hazır olması;
- Oracle verilənlər bazası və PL/SQL üzrə işləmək bacarığı;
- Microsoft Office proqramlarında işləmək bacarığı;
- Analitik düşünmə və müstəqil araşdırma bacarığı;
- Azərbaycan dilini sərbəst bilmək (rus və ingilis dilləri arzuolunandır);
- Mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.