Təsvir
- Uçuşların İstehsalı İdarəsinin Uçuş İstehsalına Dəstək şöbəsinin əsas funksiyalarına nəzarət etmək və icrasına dəstək göstərmək;
- Ekipajlara dəstək qrupuna bilavasitə rəhbərlik etmək, yaranan tələblər və problemlər üzrə operativ koordinasiyanı təmin etmək;
- Əməliyyat və idarəetmə sistemlərinin köklənməsi, sazlanması və şirkətin daxili tələblərinə uyğunlaşdırılmasını həyata keçirmək və bu proseslərə nəzarət etmək;
- Uçuş İstehsalına Dəstək şöbəsinin rəisinin uçuş və ya digər səbəblərlə işdə olmadığı hallarda onun operativ funksiyalarının icrasını təmin etmək;
- Müvafiq təyyarə istehsalçıları, FMC avadanlıqları və digər mühəndis-texniki məsələlər üzrə zəruri dəstəyi təşkil etmək və əlaqələndirmək;
- Uçuş istehsalı proseslərinin fasiləsizliyini təmin etmək məqsədilə aidiyyəti struktur bölmələrlə effektiv əməkdaşlıq etmək.
Tələblər
- Ali təhsil (bakalavr dərəcəsi), peşə ilə bağlı təhsil üstünlük hesab olunur;
- Müvafiq sahə üzrə minimum 8 il iş təcrübəsi;
- Azərbaycan və ingilis dillərində əla səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı, rus dili üzrə orta səviyyədə bilik;
- MS Word, MS Excel, MS PowerPoint və MS Outlook proqramları ilə işləmə bacarığı;
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, danışıqlar aparma və təqdimat bacarıqları;
- Qərarvermə və problem həll etmə bacarığı;
- Öyrənmə qabiliyyəti və dəyişikliklərə çevik uyğunlaşma bacarığı;
- Komandada işləmək və effektiv koordinasiya bacarığı;
- İdarəetmə və strateji düşünmə qabiliyyəti (rəhbər vəzifə üçün);
- Yüksək məsuliyyətlilik və operativlik.
İş şəraiti
- İş rejimi: 5 günlük
- İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.