Vəzifə öhdəlikləri:
- Hava məkanının modelləşdirilməsi prosesinin keyfiyyətli həyata keçirilməsi və onun təkmilləşdirilməsi üzrə tədbirlərin görülməsini təmin etmək;
- Mövcud avadanlığı, proqramları, hava məkanının modelləşdirilməsi sahəsində proqnoz, analiz, tətqiqat, tapşırıq və hesabatların tərtıbatı üçün lazımi materialları bilmək və düzgün tətbiq etmək;
- Aşağıda qeyd olunanları yerinə yetirmək məqsədi ilə xüsusi proqram təminatından istifadə etməklə mövcud hava məkanında hava hərəkəti şəraitinin/vəziyyətinin kompyüter modelləşdirilməsini həyata keçirmək:
- Hava məkanının gözlənilən yüklənməsini müəyyənləşdirmək;
- HHİ dispetçerlərinin gözlənilən yüklənməsini müəyyənləşdirmək;
- Hava hərəkətində proqnozlaşdırılan gecikmələri müəyyənləşdirmək;
- Hava məkanının buraxılış qabiliyyətini müəyyənləşdirmək.
- Hava məkanının yuxarı və aşağı səthi marşrutlarının işlənib-hazırlanmasına dair işlərin yerinə yetirilməsində iştirak etmək.
Tələblər:
- Vətəndaşlıq: AR vətəndaşı olmaq
- Yaş: 22-40 yaş aralığında olmaq
- Təhsil: Ali aviasiya təhsili (dispetçer, aeronaviqasiya təminatı)
- Dil bilikləri: Azərbaycan – səlis, İngilis – intermediate
- Məsuliyyət və intizamlı olmaq
- Komandada çalışmaq bacarığı
Əlavə qeydlər:
- Hava məkanının simulyasiyası üçün kompüter proqramları barədə biliklər
- ICAO və HHİ sahəsində rəhbər sənədlərin tələblərini bilmək