Təsvir:
- Əlaqə mərkəzi üzrə xidmət keyfiyyətinin monitorinqi və qiymətləndirilməsi prosesində iştirak etmək;
- Müştərilərlə aparılan telefon danışıqları və digər kommunikasiya kanallarının keyfiyyət standartlarına uyğunluğunu yoxlamaq;
- Müəyyən edilmiş keyfiyyət meyarları əsasında qiymətləndirmə aparmaq və nəticələri sənədləşdirmək;
- Xidmət keyfiyyətinin artırılması məqsədilə aşkar edilmiş çatışmazlıqlar üzrə təkliflər hazırlamaq;
- Müvafiq struktur bölmələri ilə koordinasiya aparmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasına dəstək vermək;
- Keyfiyyət monitorinqinin nəticələri üzrə hesabatların hazırlanmasında iştirak etmək.
Tələblər:
- Bakalavr təhsili;
- Minimum 1 il iş təcrübəsi;
- Azərbaycan dili – əla səviyyədə;
- İngilis dili – yaxşı səviyyədə;
- Rus dili – yaxşı səviyyədə;
- MS Word, MS Excel, MS PowerPoint və MS Outlook proqramlarında işləmə bacarığı;
- Yazılı və şifahi ünsiyyət bacarıqları;
- Danışıqların aparılması bacarığı;
- Problem həll etmə bacarıqları;
- Öyrənmə qabiliyyəti və dəyişikliklərə uyğunlaşma bacarığı;
- Komandada işləmək bacarığı.
İş qrafiki:
- Həftə içi beş gün – 09:00-18:00.
İş yeri:
- Heydər Əliyev Beynəlxalq Hava Limanı.
Vakansiya haqqında:
- Vakansiya növü Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.