Təsvir
- Mövcud tərəfdaşlıq müqavilələrinin inkişaf etdirilməsi və münasibətlərin gücləndirilməsi;
- Tərəfdaşlarla inteqrasiya proseslərinin idarə olunması və aidiyyəti struktur bölmələri ilə koordinasiyanın təmin edilməsi;
- “AZAL Miles” proqramı çərçivəsində tərəfdaşlarla birgə yeni imtiyazların və kampaniyaların hazırlanması və təşkili;
- Tərəfdaşlar üzrə aylıq və rüblük hesabatların hazırlanması;
- Tərəfdaş müraciətlərinin daxili komandalarla koordinasiyası;
- Tərəfdaş ödənişlərinin vaxtında icrasına nəzarət edilməsi.
Tələblər
- Ali təhsil (Bakalavr dərəcəsi);
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Azərbaycan dili – əla, İngilis dili və Rus dillərini yaxşı səviyyədə bilmək;
- MS Word, MS Excel, MS PowerPoint və MS Outlook proqramlarında sərbəst işləmə bacarığı;
- Təqdimat proqramları və süni intellekt alətləri ilə işləmə bacarığı; Strateji Tərəfdaşlıqlar üzrə Mütəxəssis
- Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
- Problem həll etmə qabiliyyəti;
- Təqdimat bacarıqları;
- Öyrənməyə açıqlıq və dəyişikliklərə uyğunlaşma bacarığı;
- Komandada effektiv işləmək bacarığı.
İş şəraiti
- İş rejimi: 5 günlük
- İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.