Təsvir
- Bütün sərnişin və yük gəlirlərinin dəqiq və vaxtında işlənməsini, uyğunlaşdırılmasını və idarəetmə hesabatlarının hazırlanmasını təmin etmək;
- Aylıq və illik bağlanış proseslərini icra etmək, gəlirləri hesablamaq və IFRS, eləcə də daxili mühasibat siyasətlərinə uyğun düzəlişlər aparmaq;
- IATA standartlarına, IFRS mühasibat prinsiplərinə və aviasiya sənayesinin ən yaxşı təcrübələrinə tam uyğunluğu təmin etmək, bu istiqamətdə effektiv daxili nəzarət mexanizmləri qurmaq;
- Gəlir tendensiyalarını izləmək, mümkün uyğunsuzluqları müəyyənləşdirmək, analitik hesabatlar hazırlamaq və rəhbərliyə gəlirlərin optimallaşdırılması üzrə tövsiyələr təqdim etmək;
- IATA Clearing House (ICH), SIS və ikitərəfli müqavilələr çərçivəsində interlayn hesablaşmalarını idarə etmək və tərəfdaş aviaşirkətlərlə yaranan məsələlərin vaxtında həllini təmin etmək;
- İnterlayn debitor və kreditor borclarını izləmək, hesablaşmaların vaxtında aparılmasını təmin etmək və gecikmələrin qarşısını almaq üçün risklərin idarə edilməsini həyata keçirmək;
- SOFI, Amadeus, IATA SIS və digər uçot sistemlərindən peşəkar şəkildə istifadə etmək, proseslərin avtomatlaşdırılması və optimallaşdırılması üzrə təşəbbüslər irəli sürmək;
- Gəlir uçotu istiqamətində yeni layihələrdə iştirak etmək, iş axınlarını təkmilləşdirmək və rəqəmsal transformasiya ilə effektivliyin artırılmasına töhfə vermək;
- Komanda üzvlərinə mentorluq etmək, təlimlər keçmək və bilik mübadiləsini təşviq etmək.
Tələblər
- Təhsil: Ali Təhsil (Maliyyə/ Mühasibat uçotu/ İqtisadiyyat sahələri üzrə);
- Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – əla;
- Proqram bilikləri: Word, Excel, Outlook, PowerPoint – yüksək səviyyədə bilmək;
- Sahə üzrə iş təcrübəsi minimum 3 il;
- ACCA (F3, F7) sertifikatlarına sahib olmaq mütləqdir;
- Dəyişikliklərə Uyğunlaşmaq Bacarığı;
- Analitik təhlil etmə bacarığı;
- Problemi həll etmə bacarığı;
- Komandada işləmək bacarığı.
İş qrafiki: 5 günlük
İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.