Marketinq İdarəsi/ Marketinq Kommunikasiyalar şöbəsi/Aparıcı Mütəxəssis

  • Истекает 18 июнь 2026

Təsvir

  • “Azərbaycan Hava Yolları” brendinin yerli və xarici bazarlarda tanıdılması və marketinq strateqiyanın hazırlanması
  • Şirkət üçün prioritet olan şəhərlərdə marketinq araşdırmaları aparmaq
  • Marketinq və reklam kampaniyalarının ideyadan icraya qədər planlaşdırılması və həyata keçirilməsi;
  • Marketinq kommunikasiyası kampaniyalarının effektivliyinin ölçülməsi, nəticələrin təhlili və hesabatların hazırlanması;
  • Ənənəvi media daxil olmaqla kommunikasiya planının icrasına nəzarət edilməsi;
  • Bazar araşdırmalarının və sorğuların təşkili və nəticələrinin təhlili;
  • Brend tanınmasının artırılması məqsədilə marketinq planı və tədbirlərinin hazırlanması;
  • Şirkətin imicinin və nüfuzunun gücləndirilməsi üçün maraqlı tərəflərlə və aviasiya ictimaiyyəti ilə əlaqələrin qurulması və tərəfdaşlığın qorunması;
  • Marketinq büdcəsinə nəzarət edilməsi;
  • Ehtiyac yarandıqda komanda üzvlərinin təlimi və inkişafına dəstək verilməsi;
  • Dizaynerlərlə əməkdaşlıq edərək çap materialları, videolar, stendlər və digər marketinq materiallarının hazırlanması.

Tələblər

  • Ali təhsil: bakalavr və magistr dərəcəsi;
  • Müvafiq sahə üzrə minimum 4-5 il, maksimum 10 il iş təcrübəsi;
  • Azərbaycan, ingilis və rus dillərində səlis danışıq və yazı bacarığı;
  • MS Word, MS Excel, MS PowerPoint və MS Outlook proqramlarında sərbəst işləmək bacarığı;
  • Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Danışıqlar aparmaq bacarığı;
  • Qərarvermə və problem həll etmə bacarığı;
  • Təqdimat bacarıqları;
  • Öyrənmə qabiliyyəti və dəyişikliklərə uyğunlaşmaq bacarığı;
  • Komandada işləmək bacarığı.

İş şəraiti

  • İş rejimi: 5 günlük
  • İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily159
  • Weekly159
  • Monthly1544