Təsvir
- Marketinq və reklam kampaniyalarının planlaşdırılması və ideyadan icraya qədər həyata keçirilməsi;
- Marketinq kommunikasiyası kampaniyalarının effektivliyinin ölçülməsi və hesabatların hazırlanması;
- Ənənəvi media daxil olmaqla kommunikasiya planının icrasının təmin edilməsi;
- Brendin tanınmasının artırılması məqsədilə marketinq planları və tədbirlərinin hazırlanması və həyata keçirilməsi;
- Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqi və nəticələrinin təhlili;
- Sərgilərin, tədbirlərin və müxtəlif layihələrin planlaşdırılması və təşkili;
- Dizaynerlərlə əməkdaşlıq edərək çap materialları, videolar, stendlər və digər marketinq materiallarının hazırlanmasının koordinasiya edilməsi.
Tələblər
- Marketinq, kommunikasiya və ya əlaqəli sahə üzrə bakalavr təhsili;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Azərbaycan, ingilis və rus dillərində səlis danışıq və yazı bacarığı;
- MS Word, MS Excel, MS PowerPoint və MS Outlook proqramlarında işləmək bacarığı;
- Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
- Danışıqlar aparmaq və təqdimat etmək bacarığı;
- Problemləri operativ həll etmə və qərarvermə bacarığı;
- Öyrənməyə açıq olmaq və dəyişikliklərə uyğunlaşmaq bacarığı;
- Komandada effektiv işləmək bacarığı.
İş şəraiti
- İş rejimi: 5 günlük
- İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.