Təsvir
- “Azərbaycan Hava Yolları” brendinin yerli və xarici bazarlarda tanıdılması üzrə marketinq strategiya və taktikasının hazırlanması;
- Marketinq və reklam kampaniyalarının ideyadan icraya qədər planlaşdırılması və həyata keçirilməsi;
- Marketinq kommunikasiyası kampaniyalarının effektivliyinin ölçülməsi və nəticələr üzrə hesabatların hazırlanması;
- Kommunikasiya planlarının, o cümlədən ənənəvi media fəaliyyətlərinin icrasının təmin edilməsi;
- Bazar araşdırmaları və sorğuların həyata keçirilməsi;
- Brendin tanınmasının artırılmasına yönəlmiş marketinq planlarının və tədbirlərin hazırlanması;
- “Azərbaycan Hava Yolları”nın imic və nüfuzunun artırılması, maraqlı tərəflərlə və aviasiya ictimaiyyəti ilə əlaqələrin və tərəfdaşlığın inkişaf etdirilməsi;
- Marketinq büdcəsinə nəzarətin həyata keçirilməsi;
- Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqi və hesabatların hazırlanması;
- Dizaynerlərlə əməkdaşlıq edərək çap materialları, video, stend və digər marketinq materiallarının hazırlanmasının təşkili;
- Ehtiyac yarandıqda komanda üzvlərinin inkişafına və təliminə dəstək göstərilməsi.
Tələblər
- Marketinq, kommunikasiya, biznes və ya əlaqəli sahə üzrə bakalavr və ya magistr təhsili;
- Marketinq və kommunikasiya sahəsində minimum 4 il iş təcrübəsi;
- Azərbaycan, ingilis və rus dillərini səlis bilmək;
- MS Word, Excel, PowerPoint və Outlook proqramlarında işləmək bacarığı;
- Güclü kommunikasiya, danışıqların aparılması, təqdimat, problem həll etmə və qərarvermə bacarıqları;
- Öyrənmə çevikliyi, dəyişikliklərə uyğunlaşma və komanda ilə işləmə bacarığı.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.