Təsvir
- Müştəri sorğularını qəbul etmək, onları operativ şəkildə aidiyyəti bölmələrə yönləndirmək və nəticələrin vaxtında müştəriyə təqdim olunmasını təmin etmək.
- Müştəri məmnuniyyətini artırmaq məqsədilə xidmət keyfiyyətinə dair geribildirimləri toplamaq, təhlil etmək və nəticələr əsasında təkmilləşdirmə təklifləri hazırlamaq.
- Müştəri şikayətlərini və müraciətlərini peşəkar şəkildə araşdırmaq, yaranmış problemlərin operativ və etik qaydada həllinə dəstək vermək.
- Karqo əməliyyatları və satış komandaları ilə koordinasiyalı şəkildə işləyərək müştəri istəklərinin icrasına nəzarət etmək və prosesin fasiləsizliyini təmin etmək.
- Şirkətin daxili prosedurlarına və keyfiyyət standartlarına tam riayət etmək, əməliyyat fəaliyyətinin şəffaflığını qorumaq.
Tələblər
- Təhsil: Bakalavr;
- Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – səlis; Rus dili – səlis;
- Sahə üzrə minimum 1 illik təcrübə;
- Kompüter bilikləri: MS Office;
- Danışıqların aparılması bacarığı;
- Qərar vermə bacarığı;
- Problemi həll etmə bacarığı;
- Təqdimat bacarıqları;
- Öyrənmə qabiliyyəti;
- İşə uyğunlaşma qabiliyyəti;
- Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
- Komandada işləmə bacarığı.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
Maraqlanan şəxslər CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.