Azərbaycan, ingilis və rus dillərində iş prosesini effektiv şəkildə icra edə bilirsinizmi?
Təsvir
- Müştərilərə uçuşlar, aviabiletlər və şirkətin təqdim etdiyi xidmətlər barədə məlumat vermək;
- Aviabiletlərin bronlaşdırılması, dəyişdirilməsi və ləğv edilməsi prosesini həyata keçirmək;
- Telefon və digər kommunikasiya kanalları vasitəsilə daxil olan müraciətləri cavablandırmaq;
- Müştərilərin sorğularını operativ və dəqiq şəkildə həll etmək;
- Müştəri məmnuniyyətinin təmin olunmasına töhfə vermək;
- Müvafiq sistemlərdə məlumatların düzgün şəkildə qeydiyyatını aparmaq;
- Yaranan problemlərin həlli üçün digər bölmələrlə əməkdaşlıq etmək;
- Növbəli iş rejimində komandada effektiv şəkildə fəaliyyət göstərmək.
Tələblər
- Bakalavr və ya peşə təhsili;
- İş təcrübəsi: 0–1 il;
- Azərbaycan dili – əla səviyyə;
- İngilis dili – yaxşı səviyyə;
- Rus dili – yaxşı səviyyə;
- MS Word, MS Excel, MS PowerPoint və MS Outlook proqramlarında işləmək bacarığı;
- Yazılı və şifahi ünsiyyət bacarıqları;
- Danışıqlar aparmaq bacarığı;
- Problemləri həll etmə bacarığı;
- Öyrənmə qabiliyyəti;
- Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
- Komandada işləmək bacarığı.
İş qrafiki: Növbəli.
İş yeri: Dəmirçi Plaza
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.