Təsvir
- Biznes proseslərinin effektivliyinin, uyğunluğunun və nəzarət mexanizmlərinin qiymətləndirilməsi;
- Proseslərdə mövcud boşluqlar üzrə risk əsaslı təkmilləşdirmə təkliflərinin hazırlanması;
- Təhlil və monitorinq hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Proseslərin davamlı təkmilləşdirilməsində iştirak.
Tələblər
- Ali təhsil (müvafiq sahə üzrə);
- Minimum 2 il müvafiq iş təcrübəsi;
- Analitik düşünmə və təhlil bacarığı;
- MS Office proqramları ilə işləmək bacarığı;
- SQL, Python, Power BI bilikləri üstünlükdür;
- Ünsiyyət, qərarvermə və problem həll etmə bacarıqları;
- Komandada işləmək və dəyişikliklərə uyğunlaşmaq qabiliyyəti;
- Öyrənməyə açıq və məsuliyyətli yanaşma.
İş şəraiti
- İş rejimi: 5 günlük
- İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.