Təsvir
- Layihə menecerlərinin gündəlik fəaliyyətində dəstək göstərmək;
- Layihələrin planlaşdırılması, icrası və monitorinqi üzrə sənədləşmə işlərini aparmaq;
- Layihə planları, qrafiklər və hesabatların hazırlanmasında iştirak etmək;
- İclas protokollarını və layihə reyestrini aparmaq;
- İştirak etdiyi layihələr üzrə risk və dəyişikliklərin izlənilməsinə dəstək olmaq;
- Daxili və xarici tərəfdaşlarla yazışmaların, təqdimatların və digər dəstək materiallarının hazırlanmasında iştirak etmək;
- Layihə idarəetmə alətlərindən (Jira, Trello, Monday.com və s.) istifadə etməklə hesabatlar hazırlamaq;
- Layihələrin nəticələrinin monitorinqini aparmaq və müvafiq analizlərdə iştirak etmək.
Tələblər
- Menecment, biznesin idarə edilməsi, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil;
- Layihələrin idarə edilməsi sahəsində təcrübə - 1 il;
- PMP sertifikatı əlavə üstünlükdür;
- Azərbaycan dili – ana dili səviyyəsində;
- İngilis dili – B2 səviyyəsində;
- Rus dili – B1 səviyyəsində;
- MS Word, MS Excel, MS PowerPoint və MS Outlook proqramlarında yaxşı istifadə bacarığı;
- Jira, Trello, Monday.com və digər layihə idarəetmə alətləri ilə işləmək bacarığı;
- Yazılı və şifahi ünsiyyət bacarıqları;
- Danışıqların aparılması bacarığı;
- Qərarvermə və problem həll etmə bacarığı;
- Təqdimat bacarığı;
- Öyrənmə və yeni bilikləri mənimsəmə qabiliyyəti;
- Dəyişikliklərə uyğunlaşma bacarığı;
- Komandada işləmə bacarığı.
İş yeri:
- Heydər Əliyev adına Beynəlxalq Hava Limanı.
İş şəraiti:
- 5 günlük
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.