İş barədə məlumat:
- Qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq hesabat sənədlərinə, maliyyə-iqtisadi əməliyyatlara və departament daxilində aparılan bütün əməliyyat və sənədləşmə işlərinə nəzarətin həyata keçirilməsi;
- Debitor və kreditorlarla hesablaşmaların uçotunun aparılması və qeydiyyatının düzgün təşkili;
- Rəsmi maliyyə və vergi hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Debitor və kreditorlarla mütəmadi üzləşmələrin aparılması və fərqlərin aradan qaldırılması;
- 1C mühasibat proqramından yüksək səviyyədə istifadə edilməsi;
- Şirkətin maliyyə vəziyyəti barədə daim məlumatlı olmaq, riskləri müəyyən etmək və onların qarşısının alınması üçün tədbirlərin görülməsi;
- Mal hərəkətinin uçotu və inventarizasiyasının aparılması, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarına nəzarət edilməsi;
- Mühasibat proqramında operativ uçotun təmin olunması üçün müvafiq müxabirləşmələrin düzgün aparılması;
- Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borclarının, nağd vəsaitlərin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərin uçotunun aparılması;
- ƏDV, mənfəət və vahid bəyannamələrin, eləcə də statistika hesabatlarının hazırlanması və Baş mühasibə təqdim edilməsi;
- Bütün hesabatların düzgün, dəqiq və vaxtında hazırlanmasının təmin edilməsi.
- İş qrafiki: Həftə içi 6 gün
- İş ünvanı: Bakı, Babək prospekti.
Namizədə tələblər:
- Təhsil: Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və İqtisadi təhsil sahələrdə bakalavr dərəcəsi);
- İş təcrübəsi: Müvafiq sahə üzrə 3 ildən az olmayaraq iş stajı;
- Dil bilikləri: Azərbaycan dilində mükəmməl danışıq və yazı qabiliyyəti,
- Kompüter bacarıqları: MS Office proqramlarını (yüksək səiyyədə EXCEL bilikləri) və 1C proqramını yüksək səviyyədə bilməli;
- Vergi məcəlləsi, Əmək məcəlləsi, Mülki Məcəllə və digər qanunlar və qanunvericilik aktları üzrə biliklər
- Bütün növ elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi
Müraciət etmə qaydaları:
- CV Mövzu sətrində “Aparıcı Mühasib” qeyd olunmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidi;
Diqqət: Yalnız qeyd olunmuş şərtlərə cavab verən namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.