Vəzifələr:
- Servisə daxil olan avtomobillərin qəbulu və müştərinin müraciətinə uyğun olaraq müvafiq təmir bölməsinə yönləndirilməsi;
- Servisə qəbul olunmuş avtomobillərdə texniki nasazlığın müəyyənləşdirilməsi;
- Avtomobilin təmirinin icrasına nəzarət;
- Təmirdən sonra avtomobilə son texniki baxışın keçirilməsi, avtomobilin müştəriyə təhvil verilməsi;
Tələblər:
- Ali texniki təhsili olanlara üstünlük veriləcəkdir.
- Yaş: 23-35;
- Müvafiq sahədə iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dilini səlist (rus dili biliyi arzuolunandır)
- Müştərilərlə yüksək səviyyədə ünsiyyət qurma bacarığı;
- Əməyin mühafizəsinin qayda və normalarını bilmək;
- Avtonəqliyyat vasitələrinin və təmir avadanlıqlarının texniki xarakteristikası, konstruktiv xüsusiyyətləri və istismarı qaydaları haqda geniş bilgiyə malik olmaq.
Əlavə məlumat:
- İş günləri: həftədə 6 gün
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Qəbuledici” qeyd etməklə Müraciət et butonunda qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.