Azerbaijan Coca - Cola Bottlers Azerbaijan Coca - Cola Bottlers
  • 643

Azerbaijan Coca - Cola Bottlers

Beverages , Soft Drinks

Növbə rəisi (İsmayıllı)

  • Истекает 16 май 2025

Karyera səyahətinizdə növbəti addımı atmaq üçün bizə qoşulun!
İş yeri – İsmayıllı
Vəzifə Təlimatları:

  • Xəttin effektiv və keyfiyyətli çalışmasını təmin etmək. Xəttin məhsuldarlığını artırmaq;
  • İstehsal gücündən, işçi qüvvəsindən, avadnlıqlardan, habelə şirkət xarici ehtiyatlardan planlama, təşkilatçılıq və minimum dərəcədə zərər çıxarmaqla səmərəli şəkildə istifadə etmək;
  • İş proqramına uyğun operatorların vəzifələrini təyin etmək;
  • İstehsal xətt maşınları üçün günlük, aylıq, illik yağlama və texniki təmir proqramını hazırlamaq;
  • İstehsalın gedişində qarşıya çıxan xətaları aradan qaldırmaq;
  • Xətt materialların effektliliyinə nəzarət etmək;
  • Xətt maşınlarının səmərəliliyinə və dayandırılmasına nəzarət etmək;
  • SAP baxım və istehsal modullarını istifadə edərək proseslərin və fəaliyyətlərin qeydini aparmaq;
  • Operatorlar arasında nizam-intizama nəzarət etmək;

Tələblər:

  • İstehsal sahəsində minimum 2 il iş təcrübəsi,
  • Texniki ixtisas üzrə bakalavr təhsili,
  • İstehsal prosesi bilikləri,
  • Problem həll etmə bacarığı,
  • Komandada işləmə bacarığı,
  • Ünsiyyət qurma bacarığı

Maraqlanan namizədlər Müraciət et butonunda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər

Coca-Cola İçecek daim şirkətdaxili müxtəlifliyi dəstəkləyir. Burada bütün işə müraciət edənlər üçün onların irqinə, cinsinə, dəri rənginə, milli və ya sosial mənşəyinə, etnik mənsubiyyətinə, dininə, yaşına, sağlamlıq və ailə vəziyyətinə, cinsi oriyentasiyasına, cinsiyyət ifadəsinə və ya siyasi fikrinə və s. görə ayrı-seçkilik edilmədən bərabər imkanlar yaradılır.

  • Daily105
  • Weekly105
  • Monthly2042