Karyera səyahətinizdə növbəti addımı atmaq üçün bizə qoşulun!
Biz Təchizat Sistemləri komandamızın bir hissəsi olmaq üçün Operator axtarırıq.
İş yeri: İsmayıllı
İş mövsümidir: 5 aylıq
Vəzifə təlimatları:
- Su təsfiyə və sirop hazırlama təsisinin hüquqi qanunvericilik və Koka-Kola standartlarına uyğun formada su istehsal edəcək şəkildə işləməsini təmin etmək;
- Keyfiyyət planında yer alan su təmizlik modulu (yeri – ünitesi) ilə əlaqədar gündəlik analizləri və təhlilləri aparmaq;
- Prosedura uyğun olaraq istehsal sahələrində (atık su təmizləmə, laboratoriya, siropxana, su təsfiyə sahələri) nümunələr götürmək və laboratoriyada analizlərini aparmaq;
- Xam su kontrolunu həyata keçirmək, nizamlı olaraq su istehlakı və xam su gəlişi üzrə hesabat aparmaq;
- Gündəlik istehsal planına uyğun olaraq məhsulun cinsi və sayına əsasən anbardan xammal almaq, MMİ-dəki hazırlanma üsullarına uyğun şəkildə su və şəkəri hesablayaraq gigiyenik şəraitdə manual və avtomatik maşınlardan istifadə etməklə sirop hazırlamaq;
- Su təsfiyə üçün kimyəvi maddələri hazırlayarkən təhlükəsizlik qaydalarına riayət etmək;
- Siropxana və su təsfiyə sahəsində olan avadanlıqların planlı təmirini aparmaq, qəza vəziyyətində növbə rəisini məlumatlandırmaq;
- Qida təhlükəsizliyi ilə bağlı bütün problemlər barədə cavabdeh şəxslərə məlumat vermək;
- Siropxana və su təsfiyə sahəsində GMP qaydalarına riayət etmək.
Tələblər:
- İstehsal sahəsində minimum 1 il iş təcrübəsi
- Müvafiq sahə üzrə bakalavr təhsili
- MS Office bilikləri
- Tələb olunan avadanlıqlarla məsuliyyətli və təhlükəsiz şəkildə işləmə bacarığı
- Komandada işləmə bacarığı
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.