Beynəlxalq əlaqələr şöbəsi – Böyük mütəxəssis

  • Истекает 9 май 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

  • Beynəlxalq təşkilatlar və xarici dövlətlərin aidiyyəti qurumları ilə münasibətlərin qurulması və genişləndirilməsi, əməkdaşlıq və təcrübə mübadiləsinin təşkil olunması istiqamətində aparılan tədbirlərin həyata keçirilməsində iştirak edir;
  • Agentliyin xarici təşkilatlarla imzaladığı sənədlərin (anlaşma memorandumları, protokollar və s.) tərtib olunmasında iştirak edir, icrasına nəzarətin və həmin müqavilələr üzrə öhdəliklərin həyata keçirilməsi məqsədilə zəruri tədbirlərin icrasını təmin edir;
  • Agentliyin fəaliyyət istiqamətləri üzrə beynəlxalq tərəfdaşlarla görüşləri, seminarları, konfransları və digər tədbirləri təşkil edir;
  • Agentliyin strukturunun və fəaliyyətinin təşkili və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi və fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflərin hazırlanmasında iştirak edir;
  • Beynəlxalq və regional miqyaslı tədbirlərdə (konfrans, seminar, iclas, görüş, təqdimat mərasimi, sərgi, rəsmi və işgüzar ziyafətlər və s.) iştirak edir və tədbirlərin nəticələrinə dair hesabatlar hazırlayır
  • Agentliyin nümayəndə heyətinin xarici ölkələrə olan ezamiyyələri ilə bağlı protokol-təşkilati məsələlərin həllini təmin edir;
  • Şöbə müdirinin tapşırığına əsasən aidiyyəti üzrə sənədlərin tərcümə edilməsini təmin edir;
  • Şöbənin iş planının və görülmüş işlər haqqında dövrlər üzrə hesabatların hazırlanmasında iştirak edir;
  • Şöbəyə daxil olan müraciətlərin araşdırılması və cavablandırılmasını təmin edir;
  • Şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır;
  • Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.

TƏLƏBLƏR:

  • Ali təhsil- Beynəlxalq münasibətlər, regionşünaslıq, beynəlxalq hüquq, müvafiq dillər üzrə filoloji və tərcümə ixtisası istiqaməti üzrə
  • Beynəlxalq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
  • Microsoft Office üzrə biliklər – yüksək səviyyədə;
  • İnternet araşdırma sistemləri – yaxşı səviyyədə;
  • İngilis dili – yüksək səviyyədə;
  • Rus dili – üstünlük verilir. 

DİGƏR:

  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
  • İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84.

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini (CV-lərini) Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Beynəlxalq əlaqələr şöbəsi – Böyük mütəxəssis) qeyd edin.

  • Daily0
  • Weekly0
  • Monthly1094