Vəzifə öhdəlikləri:
- Müvəkkil kredit təşkilatları ilə birbaşa əməkdaşlıq edərək güzəştli kreditlərin verilməsi prosesini idarə etmək;
- Müvəkkil kredit təşkilatlarından daxil olan sifarişlər üzrə müvafiq sənədlərin hazırlanmasında iştirak;
- Müvəkkil kredit təşkilatlarından daxil olan kredit sifarişlərini qəbul etmək və onların tələblərə uyğunluğunu yoxlamaq;
- Müvəkkil kredit təşkilatları (MKT) vasitəsilə veriləcək güzəştli kreditlərin ilkin qiymətləndirilməsi;
- Kredit müraciətlərinin enerji effektivliyi tələblərinə uyğunluğunun yoxlanılması;
- Kredit müraciətlərinin analizi, maliyyə və risk qiymətləndirilməsini həyata keçirmək;
- Kredit verilməsi üzrə təkliflərin hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Kreditlərin istifadə edilməsi və ödənişlərinin izlənməsi;
- Enerji effektivliyi sahəsində beynəlxalq və yerli maliyyələşdirmə mexanizmlərinin araşdırılması;
- Güzəştli kreditlərin verilməsi ilə bağlı qaydaların və prosedurların təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq;
- Sektorun fəaliyyəti ilə bağlı hesabatların hazırlanmasında iştirak;
- Sahəsinə uyğun normativ sənədlərin hazırlanması və ya hazırlanmasında iştirak etmək;
- Kredit risklərinin təhlili prosesində lazımi hesabatlıqların tərtib edilməsi, dair məlumatların analizlərini həyata keçirilməsi;
- Öz fəaliyyətinə və kredit məhsullarına dair gündəlik, aylıq, rüblük ve illik hesabatların hazırlanılması;
- Departamentin Əsasnaməsinə uyğun olaraq müəyyən edilmiş vəzifələrin icrasının həyata keçirilməsi;
Tələblər:
- Ali iqtisadi təhsil;
- Kredit qiymətləndirilməsi, maliyyə analizi və ya risklərin idarə edilməsi sahəsində minimum 3 il iş təcrübəsi
- MS Office (xüsusilə Excel) proqramlarından istifadə bacarığı;
- Azərbaycan dilini səlis bilməli, ingilis dili yaxşı səviyyədə rus dili arzuolunandır;
- Enerji effektivliyi və ya yaşıl maliyyə sahəsində anlayış və maraq.
- ACCA F3, FMVA və ya CFA sertifikatının olması arzuolunandır.
- Bank sektoru və ya kredit təşkilatlarında iş təcrübəsi üstünlükdür.
Digər:
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
- İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84.
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini (CV-lərini) elektron poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Enerji effektivliyi departamenti, Kreditləşmə sektoru – Böyük mütəxəssis) qeyd edin.