Vəzifə öhdəlikləri:
- Müvafiq sahə üzrə qanunvericilik aktlarının, inkişaf konsepsiyalarının, məqsədli proqramların hazırlanması üçün təkliflər verir;
- İstehlakçıların elektrik və istilik enerjisi təchizatında kəsintilərə dair limitlərinin müəyyənləşdirilməsi və müvafiq qaydaların hazırlanması üçün təkliflər verir;
- Enerji sahəsində fəaliyyət göstərən dövlət müəssisələrində hər il üçün yanacaq-enerji resurslarının istifadəsi, itkisi və texnoloji sərfi normalarının təyin edilməsində iştirak edir, bu normaların azaldılması üzrə tapşırıqları hazırlayır, enerjiyə qənaət planı üzrə təşkilati-texniki tədbirlərin yerinə yetirilməsi üçün təkliflər verir;
- Tikilən, yenidən qurulan obyektlərin layihə sənədlərinin, həmçinin sahibkarın müraciəti əsasında, fəaliyyətdə olan obyektlərin enerjidən səmərəli istifadəsi üçün tövsiyələr verir;
- İş bölgüsünə əsasən müvafiq sahə üzrə məlumatları toplayıb təhlillər aparır və nəticə olaraq təkliflər verir;
- Vəzifəsini yerinə yetirmək üçün səlahiyyəti daxilində Agentliyin digər strukturlarından zəruri məlumat və sənədləri alır;
- Şöbənin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə eyni sahədə fəaliyyət göstərən beynəlxalq mütəxəssislərlə (ekspertlərlə) təcrübə mübadiləsi aparır və təkliflər verir;
- Şöbə müdirinin tapşırığı ilə digər təşkilatlarda, iclas, seminar, konfrans və müşavirələrdə iştirak edir;
- Şöbəyə daxil olan layihələrin təhlilini, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasını təmin edir;
- Şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır;
- Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.
Tələblər:
- Elektroenergetika üzrə texniki ali təhsil və ixtisas profilinə uyğun 1 ildən az olmayaraq iş təcrübəsi;
- Yaş həddi 25-40 aralığı;
- Microsoft Office proqramı üzrə hesabatları, arayış və təqdimatları yüksək səviyyədə hazırlamaq bacarığına malik olmalıdır;
- Müvafiq sahə üzrə qanunvericilik aktlarını və standartları bilməlidir;
- Texniki şərtləri, texniki tapşırıqları və digər sənədləri qarşılıqlı müqayisə etmək bacarığı;
- Azərbaycan dilini səlis bilməli, ingilis və ya rus dilini yüksək səviyyədə;
- Fikrini düzgün ifadə etmə və savadlı yazı qabiliyyəti;
Digər:
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma.
- İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84.
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini elektron poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Texniki normativ tənzimləmə şöbəsi – Aparıcı mütəxəssis (Enerji üzrə)) qeyd edin