Azerbaijan Energy Regulatory Agency Azerbaijan Energy Regulatory Agency
  • 285

Texniki normativ tənzimləmə şöbəsi–Köməkçi mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Texniki normativ tənzimləmə şöbəsi–Köməkçi mütəxəssis

  • Deadline 7 İyun 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Şöbənin kargüzarlıq işini aparır, şöbəyə daxil olan sənədləri qəbul edir, Agentlikdə qəbul olunmuş qaydaya uyğun olaraq onları sistemləşdirir və şöbə müdirinə təqdim edir;
  • Şöbəyə daxil olan sənədləri şöbə müdirinin tapşırığına əsasən iş prosesində istifadə edir və ya cavablandırılması üçün onu icraçılara təqdim edir və sənədin yerinə yetirilməsinin icra müddətinə nəzarət edir;
  • Şöbənin fəaliyyəti ilə əlaqədar mətnləri elektron formada yığır, müvafiq çap işlərini və telefon zənglərini həyata keçirir, danışıqları aparır; 
  • Şöbənin fəaliyyətinə dair təlim, konfrans, müşavirə və seminarların keçirilməsi ilə əlaqədar hazırlıq işlərini görür;
  • Şöbəyə daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasını təmin edir;
  • Şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır;
  • Şöbənin fəaliyyəti ilə əlaqədar digər texniki işləri icra edir.

Tələblər:

  • Texniki ali təhsil;
  • Müvafiq sahə üzrə iş təcrübəsi arzu olunandır;
  • Yaş həddi 21-35 aralığı;
  • Microsoft Office proqramı üzrə yüksək səviyyədə işləmə bacarığı;
  • Azərbaycan dili səlis, ingilis və ya rus dili yüksək səviyyədə bilməli;
  • Fikrini düzgün ifadə etmə və savadlı yazı qabiliyyəti;

Digər:

  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma.
  • İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84.

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Texniki normativ tənzimləmə şöbəsi – Köməkçi mütəxəssis) qeyd edin.

  • Daily18
  • Weekly668
  • Monthly801