Azerbaijan Fish Farm Azerbaijan Fish Farm
  • 206

Azerbaijan Fish Farm

Manufacturing

Büdcə və hesabatlılıq üzrə baş mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Büdcə və hesabatlılıq üzrə baş mütəxəssis

  • Deadline 2 July 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə üzrə öhdəliklər:

  • Aylıq, rüblük və illik idarəetmə hesabatlarının və konsolidə edilmiş hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • İllik MHBS hesabatlarının və açıqlamalarının hazırlanılması;
  • Maliyyə əməliyyatları və maliyyə hesabatlarının keyfiyyətinə nəzarəti təmin etmək;
  • Ay sonu və ilin sonuna bağlanma prosesinə dəstək olmaq;
  • Daxili nəzarəti saxlamaq və gücləndirmək üçün biznes prosesləri və uçot siyasətini hazırlamaq və sənədləşdirmək;
  • Şirkətin illik büdcəsini hazırlamaq və ona nəzarət etmək;
  • Büdcələrin uyğunluğunu və aylıq kənarlaşma təhlilini yoxlamaq;
  • Maliyyə hesabatlarını və hesabatların nəzərdən keçirilməsi/auditi zamanı kənar audit əməliyyatlarını əlaqələndirmək;
  • Xərc və müqayisəli təhlilləri aparmaq;
  • Şirkətin bütövlükdə və ayrı-ayrı struktur bölmələri və xərclərin idarəedilməsi üzrə əməliyyatların gəlirliliyinin/səmərəliliyinin minimuma endirilməsi məqsədilə strateji və cari təhlili təmin etmək;
  • Şirkətdə ERP-nin məqsədyönlü səviyyəyə yüksəldilməsində iştirak etmək;
  • Kənar və daxili auditorlarla sıx əməkdaşlıq göstərilməsi;
  • İllik büdcənin və maliyyə proqnozlarının hazırlanılmasının, büdcədən kənarlaşmalar üzrə hesabatın hazırlanıb, təqdim edilməsinə nəzarət edilməsi;
  • Xərclərin optimallaşdırılması üzrə tövsiyələrin verilməsi;
  • Sifarişlərin büdcəyə uyğunluğunun yoxlanılması;
  • Hesabatlıq, büdcə və maliyyə nəzarəti üzrə digər işlərin yerinə yetirilməsi.

Tələblər:

  • Ali təhsil (Maliyyə, Mühasibatlıq uçotu və Biznesin idarəedilməsi üzrə bakalavr təhsili);
  • Minimum 3-5 il müvafiq sahə üzrə təcrübə;
  • ACCA, F7 sertifikatları mütləqdir;
  • Vergi Məcəlləsi üzrə biliklər, Mühasibat uçotunun milli və beynəlxalq standartları üzrə biliklər;
  • Vaxt idarəetmə bacarığı (planlaşdırma / prioritetləşdirmə), güclü problem həll etmə və komanda da işləmək qabiliyyətləri, güclü təşkilati bacarıqlar, detallara dəqiqlik, idarəetmə bacarıqları, əməliyyat çevikliyi, yüksək ünsiyyət bacarığı, nəticəyönümlü, məsuliyyətli, cavabdeh;
  • MS office proqramlarını, 1C yüksək səviyyədə bilməli;
  • Azərbaycan və ingilis dili səlis, rus dili arzuolunandır; 
  • Kənd təsərrüfatı və ya istehsalat yönümlü şirkətdə iş təcrübəsi arzuolunandır.

Vakansiyaya müraciət üçün CV-ləri “Büdcə və hesabatlılıq üzrə baş mütəxəssis” mövzusu ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. 

  • Daily1
  • Weekly459
  • Monthly459