Azerbaijan Fish Farm Azerbaijan Fish Farm
  • 1.1K

Azerbaijan Fish Farm

Ərzaq məhsulların istehsalı

Keyfiyyət üzrə aparıcı mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Keyfiyyət üzrə aparıcı mütəxəssis

  • Deadline 15 Sentyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə üzrə öhdəliklər:

  • Keyfiyyət idarəetmə, qida təhlükəsizliyi ilə bağlı təlimatların, formaların, prosedurların və yoxlanış siyahılarının hazırlanmasını təmin etmək; 
  • İstehsal, anbar, satış məntəqələri və digər sahələrdə gigiyena tələblərinə nəzarət etmək;
  • Xammal, su, hazır məhsulun mikrobioloji, bakterioloji, fiziki-kimyəvi analizlərinin aparılmasını həyata keçirmək;
  • Məhsulların anbar şəraitində tələblərə uyğun saxlanılmasına nəzarət;
  • Məhsulun qida təhlükəsizliyi, sertifikatlaşma tələblərinə uyğun qəbul prosesinə nəzarət;
  • Tədarükçü auditlərini aparmaq;
  • Market sahələrinin qida təhlükəsizliyi, gigiyena auditini aparmaq;
  • Marketlərdə sənədləşmə prosesinə nəzarət etmək;
  • Ziyanvericilərə qarşı mübarizə sisteminə nəzarət etmək;
  • Qida sahəsində çalışan personala qida təhlükəsizliyi ilə bağlı təlimlərin keçirilməsi;
  • Məhsulların qanunvericilik tələblərinə uyğun olaraq etiketlənmə, markalanma işlərinə nəzarət;
  • AQTA planlı, plandankənar yoxlamalarına hazırlıq, sənədlərin hazırlanması və izlənilməsi;
  • AQTİS sistemi üzərindən idxal olunan məhsullara idxal icazələrinin alınması, istehsalçı tərəfindən göndərilən sənədlərin doğruluğunun yoxlanılması;
  • İdxal və ixrac edilən məhsullardan AQTA əməkdaşlarına laboratoriya analizləri üçün nəzərdə tutulan nümunələrin təqdim edilməsi təmin etmək;
  • Qəbul edilən məhsulların dequstasiyalarının aparılması və hesabatların hazırlanması;
  • Soyuducu temperatur rejimlərinin gündəlik olaraq qeydiyyatının aparılması;
  • Satışa göndərilən məhsulların AQTA-dan müşayiətedici sənədlərinin (ekspertiza aktları, baytarlıq şəhadətnamələri və s.) alınması;
  • Anbara qəbul olan qeyri-qida məhsullarının müvafiq sənədlərinin tələb edilməsi;
  • Soyuq zəncir prinsipinin tətbiqi və izlənilməsi, doğruluğunun test edilməsi, xammaldan son istehlakçıya qədər soyuq zəncir və qida təhlükəsizliyi sisteminin tələblərinin icrasına nəzarət etmək;
  • Müştəri şikayətlərinin araşdırılması, statistikasının tutulması, düzəldici fəaliyyətin yaradılaraq aidiyyatı üzrə göndərilməsi;
  • Anbarda, satış nöqtələrində aşkarlanan uyğunsuzluqların qeydiyyatını aparmaq, hesabatların hazırlanması;
  • Anbarda saxlanılan məhsulların FİFO və FEFO tələblərinə uyğun satışına, davamlı son istifadə tarixlərinin yoxlamasına nəzarət;
  • Məhsullara ştrix kodların alınması, icrasına nəzarət etmək;
  • Məhsulların utilizasiyası prosesində iştirak etmək, görülən işlərə dair aktın aidiyyatı şəxslərlə paylaşılması;
  • ISO 9001:2015, ISO 22000:2018,  HALAL, BAP, GMP, GHP, GLP, FOS standartlarının tələbləri olan sənədləşmələrin hazırlanması prosesində iştirak etmək;
  • Avadanlıq və ölçmə vasitələrinin kalibrasiyasının icrasına nəzarət etmək;
  • Anbarda və satış nöqtələrində aparılan auditlər zamanı aşkarlanan bütün uyğunsuzluqların effektiv şəkildə düzəldilməsini təmin etmək;
  • Anbar daxilində sanitar-gigiyenik və məhsul qonşuluq qaydalarına əməl edilməsi təmin etmək.

Namizədə Tələblər:

  • Ali təhsil (Bakalavr (Kimya, Biologiya, Qida sənayesi texnologiyası üzrə) 
  • Minimum 3-5 il qida məhsullarının istehsalı, idxalı, ixracı, pərakəndə sektorunda təcrübə;
  • Şifahi və yazılı ünsiyyət qabiliyyəti, dəqiq planlaşdırma və nəzarətetmə qabiliyyəti, problemləri həll etmə bacarığı, komandada işləmək bacarığı;
  • İSO9001, İSO 22000, BRC, İFS, HACCP, İSO 17025, qida sahəsi üzrə digər təlimlər;
  • Azərbaycan dili səlis, Rus və İngilis dilləri üstünlükdür.

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
  • İş yeri: Bakı şəhəri
  • Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır.

Vakansiyaya müraciət üçün CV-ləri “Keyfiyyət üzrə aparıcı mütəxəssis” mövzusu ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily0
  • Weekly380
  • Monthly1640