Vəzifə üzrə öhdəliklər:
- Əmək haqqının hesablanması və ödənişin həyata keçirilməsi;
- Vergi və DSMF hesabatlarının hazırlanmasında iştirak olunması;
- ƏDV depozit hesabı və şəxsi hesab vərəqəsinə nəzarət edilməsi;
- Əsas vəsaitlərin uçotunun aparılması;
- Debitor və kreditorlarla üzləşmələrin aparılması;
- Rəhbərliyin tapşırığı əsasında işlərin yönləndirilməsi və icra edilməsi;
- Mühasibat uçotu hesablarının yoxlanılması və səhvlərin aşkarlanması.
Tələblər:
- Ali təhsil;
- Minimum 2 il iş təcrübəsi;
- Tələb olunan və ya üstünlük verilən sənaye sektoru - İstehsalat;
- Vergi Məcəlləsi üzrə biliklər;
- Mühasibat uçotunun milli və beynəlxalq standartları üzrə biliklər;
- Yüksək analitik düşüncə qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
- İş yeri: Bakı şəhəri
Vakansiyaya müraciət üçün CV-ləri “Mühasib” mövzusu ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.