Azerbaijan Fish Farm Azerbaijan Fish Farm

Azerbaijan Fish Farm

Ərzaq məhsulların istehsalı

Sənədlər üzrə kiçik mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sənədlər üzrə kiçik mütəxəssis

  • Deadline 20 Sentyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə üzrə öhdəliklər:

  • Sənədləri daxili prosedurlara uyğun hazırlanmaq, imzaya təqdim etmək və qeydiyyatını aparmaq;
  • Sənədləri aidiyyəti üzrə bölüşdürmək və icraçılara çatdırılmasını təşkil etmək;
  • Sənədlərin surətini çıxarma, çoxaltma və elektronlaşdırma işini həyata keçirmək;
  • Sənədlərin göndərilməsini təşkil etmək, göndərilən sənədlərin ünvana çatmasına və icra müddətinə nəzarət etmək;
  • Ay ərzində göndərilən sənədlərin siyahısını poçt xidmətləri ilə tutuşdurmaq və poçt xidmətinə görə daxil olan hesabları dəqiqləşdirmək;
  • Daxil olan sənədləri qəbul etmək və qeydiyyatını aparmaq;
  • Sənədləri işlər üzrə formalaşdırıb arxivləşdirmək;
  • Hər ay sənəd dövriyyəsinin hesabatını vermək;
  • Rəhbərlik tərəfindən həvalə edilmiş digər vəzifə və tapşırıqları yerinə yetirmək.

Namizədə Tələblər:

  • Ali təhsil: Bakalavr
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Yazılı və şifahi ünsiyyət bacarıqları, komandada işləmək, detallara diqqət, məsuliyyətli və operativ olmaq, vaxt idarə etmə bacarığı (planlaşdırma / prioritetləşdirmə), son tarixlərə cavab vermək qabiliyyəti;
  • MS Office (Excel, Word, Outlook, Power Point) işləmə bacarığı, 1C üstüntükdür;
  • Azərbaycan dili səlis, Rus və İngilis dilləri üstünlükdür.

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
  • İş yeri: Bakı şəhəri
  • Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır.

Vakansiyaya müraciət üçün CV-ləri “Sənədlər üzrə kiçik mütəxəssis” mövzusu ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily24
  • Weekly605
  • Monthly1854