Şirkətimiz hal-hazırda "Korporativ satış meneceri" vakansiyasına namizəd axtarışındadır. Sizi peşəkar komandamızın üzvü olmağa dəvət edirik.
Xüsusi tələblər:
- Korporativ satış sahəsində minimum 1 il iş təcrübəsi ( IT avadanlıqları arzuolunandır )
- MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti
- Analitik təhlil qabiliyyəti
- Yüksək məsuliyyət, təşəbbüskarlılıq və operativlik
- Dil biliyi: Azərbaycan və rus dilini bilməsi vacibdir (ingilis dili arzuolunandır)
Vəzifə və öhdəliklər:
- Təyin olunmuş satış planlarına əsasən şirkəti təmsil edərək aylıq satış hədəfləri yerinə yetirmək
- Müştərilərlə sıx əlaqədə olmaq, onların ehtiyac və tələblərini analiz etmək
- Mövcud olan fərdi müştəri bazasının böyüdülməsi və satış həcminin böyüdülməsi
- Yeni müştərilərin cəlb olunması
- Şirkəti düzgün təmsil etməyə, bu sahədəki geyim, davranış, etik qaydalar və şirkət dəyər, prinsiplərinə uyğun davranmaq
- Rəhbərliyə günlük, aylıq hesabatların verilməsi
Təklif:
- Əmək haqqı: 700-1000 azn ( +bonus sistemi )
- İş qrafiki: 09:00-18:00
- 5 günlük iş rejimi
- Rabitə vasitəsi
Namizədlər CV-lərini “Korporativ satış meneceri” başlığını qeyd etməklə, qeyd edilmiş elektron poçt ünvanına göndərə bilərlər.