Vəzifə öhdəlikləri:
- Şirkətin ümumi fəaliyyətinə rəhbərlik etmək və strateji inkişaf planlarını həyata keçirmək
- Satış və marketinq komandalarının fəaliyyətini idarə etmək və nəticələrə nəzarət etmək
- Xarici bazarlarda (Körfəz ölkələri, Türkiyə, Rusiya, Pakistan, Gürcüstan) tərəfdaşlıq əlaqələri qurmaq və inkişaf etdirmək.
- İnvestorlarla və Azərbaycanın aparıcı tikinti şirkətləri ilə etibarlı əməkdaşlıq münasibətlərinin formalaşdırılması
- Maliyyə dayanıqlılığı və əməliyyat səmərəliliyinin təmin olunması.
- Komandanın peşəkar inkişafını dəstəkləmək və motivasiyaedici mühit yaratmaq.
Tələblər:
- Ali təhsil (idarəetmə, biznes, maliyyə və ya oxşar sahələr üzrə üstünlük verilir)
- Daşınmaz əmlak, investisiya və ya satış sahəsində rəhbər vəzifədə minimum 3 il təcrübə
- İngilis və rus dillərində sərbəst ünsiyyət bacarığı (ərəb dili üstünlükdür)
- Güclü liderlik, strateji düşüncə, Kommunikasiya və qərarvermə bacarığı
- Xarici bazarlarda iş təcrübəsi və beynəlxalq əməkdaşlıq təcrübəsi arzuolunandır
Şirkət təklif edir:
- Rəqabətədavamlı əmək haqqı 2000 azn + bonus sistemi
- Beynəlxalq bazarlarda iş təcrübəsi və geniş əlaqələr qurmaq imkanı
- Peşəkar inkişaf və karyera perspektivləri
- İntellektual və innovativ komanda ilə işləmək fürsəti
İş və şərait:
- İş qrafiki: həftədə 5 gün;
- İş saatı: 09:00-18:00.
- Ünvan: Nərimanov rayonu, Həsənoğlu küçəsi 4;
Müraciət üçün CV-lərinizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.