İR analitikası və hesabatları üzrə ekspert/ HR Analytics and Reporting Expert

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İR analitikası və hesabatları üzrə ekspert/ HR Analytics and Reporting Expert

  • Deadline 22 August 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifənin qısa təsviri:

İR analitikası və hesabatları üzrə ekspert, İnsan Resursları məlumatlarının təhlili və hesabatların hazırlanması vasitəsilə strateji qərarların qəbulunu dəstəkləyir və İR strategiyalarının optimallaşdırılmasına töhfə verir. O, həmçinin analitik alətlərin idarə olunması, məlumatların dəqiqliyinin təmin edilməsi və rəhbərliyə strateji tövsiyələrin verilməsində mühüm rol oynayır.

Vəzifə üzrə öhdəliklər:

  • Kadr axını, işçi heyəti, müxtəliflik, işə qəbul effektivliyi kimi əsas göstəricilər üzrə mürəkkəb və proqnozlaşdırıcı hesabatların hazırlanması məqsədilə İR məlumatlarının toplanmasını və qabaqcıl təhlilini həyata keçirmək.
  • Məlumatların idarə edilməsi proseslərini və standartlarını formalaşdırmaq və təkmilləşdirmək, məlumatların dəqiqliyini və tamlığını təmin etmək məqsədilə müvafiq İR funksiyaları ilə sıx əməkdaşlıq etmək.
  • İR məlumatlarındakı mürəkkəb tendensiyaları, potensial riskləri və fürsətləri müəyyən etmək; İR siyasətlərinin, prosedurlarının və təşəbbüslərinin təkmilləşdirilməsi üçün strateji, data-əsaslı tövsiyələr formalaşdırmaq.
  • Qərar qəbuletmə, uyğunluq və strateji planlaşdırma proseslərini dəstəkləmək məqsədilə İR hesabatvermə sistemlərinin, alətlərinin və vizual idarəetmə panellərinin (dashboards) dizaynını, inkişafını və optimallaşdırılmasını idarə etmək.
  • Analitik təhlilin nəticələrini, əldə edilmiş dərin bilikləri (insights) və qiymətləndirmələri yuxarı rəhbərliyə və digər əsas maraqlı tərəflərə aydın və təsirli formada təqdim etmək.
  • Analitik layihələrin icrasına cavabdeh olmaq və zərurət olduqda, komanda üzvlərinə metodoloji dəstək və istiqamət vermək.
  • İR məlumatlarının hesabat sistemlərinə dəqiq və tam şəkildə toplanması və daxil edilməsi proseslərinə nəzarət etmək.
  • Meylləri, struktur qanunauyğunluqlarını, korrelyasiyaları və potensial səbəb-nəticə əlaqələrini müəyyən etmək üçün İR məlumatlarının qabaqcıl (məs., reqressiya, proqnozlaşdırma) təhlilini aparmaq.
  • İşçi heyətinin sayı, kadr axını, müxtəliflik, işə qəbul, performans kimi əsas İR göstəriciləri üzrə fərdiləşdirilmiş, mürəkkəb hesabatlar və interaktiv vizual idarəetmə panelləri (dashboards) yaratmaq.
  • İR hesabatvermə sistemlərinin və analitik alətlərin inkişafına, tətbiqinə və davamlı təkmilləşdirilməsinə töhfə vermək, onların aktuallığını, dəqiqliyini və funksionallığını təmin etmək.
  • Müvafiq məlumatların toplanması, analitik tələbatların müəyyənləşdirilməsi və effektiv analitik həllərin təmin edilməsi məqsədilə İR funksiyaları və biznes strukturları ilə əsas tərəfdaş qismində sıx əməkdaşlıq etmək.
  • Mürəkkəb analitik nəticələri və strateji tövsiyələri rəhbərliyə və digər maraqlı tərəflərə aydın, lakonik və təsirli şəkildə kommunikasiya etmək.
  • Dərin məlumat təhlili əsasında İR siyasətlərində, prosedurlarında və təcrübələrində əhəmiyyətli təkmilləşdirmə imkanlarını proaktiv şəkildə müəyyən etmək.

Vəzifə üzrə tələblər:

  • Müvafiq sahədə (İR, Biznes, Statistika, İqtisadiyyat, Data Elmi və ya əlaqəli istiqamət) bakalavr dərəcəsi; Magistr dərəcəsinə üstünlük verilir.
  • Əlaqədar sahədə minimum 4 il peşəkar iş təcrübəsi.
  • Qabaqcıl məlumat təhlili, hesabatvermə, İR sistemləri və məlumatların vizuallaşdırılması sahələrində əhatəli təcrübə.
  • Yüksək səviyyəli analitik təfəkkür, strateji kommunikasiya (xüsusilə yuxarı rəhbərliyə təqdimat) və kompleks problemlərin həlli bacarıqları.
  • Kənar resurslar və təchizatçılarla işgüzar münasibətlərin idarə edilməsi təcrübəsi.
  • Mürəkkəb analitik layihələrin idarə edilməsi təcrübəsi.
  • Məlumatların təhlili (Qabaqcıl): Mürəkkəb məlumatları toplamaq, emal etmək, təhlil etmək və şərh etmək; tendensiyaları, qanunauyğunluqları, korrelyasiyaları müəyyənləşdirmək və proqnozlaşdırıcı modellər qurmaq bacarığı.
  • Hesabatvermə və Vizuallaşdırma bacarıqları: Əsas İR metrikaları və analitik nəticələr üzrə təsirli, anlaşıqlı hesabatlar, idarəetmə panelləri və təqdimatlar hazırlamaq üçün müvafiq hesabatvermə sistemlərini və alətlərini (məs., Power BI) effektiv şəkildə istifadə etmək və inkişaf etdirmək bacarığı.
  • İR biliyi və Biznes Anlayışı: İR prinsipləri, təcrübələri, qanunvericilik və normativ aktlar haqqında dərin biliklər, habelə İR təşəbbüslərinin ümumi biznes strategiyası ilə əlaqəsini dərk etmək bacarığı.
  • İR sistemləri üzrə səriştəlilik: İR məlumatlarının toplanması, idarə edilməsi və təhlili üçün İR informasiya sistemləri (HRIS), Analitika Platformaları və müvafiq texnologiyalarla işləməkdə yüksək səviyyəli bacarıq.
  • Strateji Kommunikasiya: Mürəkkəb analitik nəticələri və strateji tövsiyələri müxtəlif auditoriyalara, o cümlədən yuxarı rəhbərliyə, aydın, məntiqli və inandırıcı şəkildə çatdırmaq bacarığı.
  • Detallara diqqət: Məlumatların dəqiqliyini, tamlığını və etibarlılığını təmin etmək məqsədilə yüksək dərəcədə diqqətlilik nümayiş etdirmək bacarığı.
  • Problem həll etmə (Kompleks): Problemləri müəyyən etmək, kök səbəblərini təhlil etmək və İR siyasətlərini, prosedurlarını və strategiyalarını optimallaşdırmaq üçün data-əsaslı həllər və tövsiyələr hazırlamaq bacarığı.
  • Layihə İdarəetməsi: Çoxsaylı analitik layihələri və prioritetləri effektiv şəkildə idarə etmək, müəyyən edilmiş müddətlərə riayət etmək və təşəbbüslərin uğurlu icrasını təmin etmək bacarığı.
  • Əməkdaşlıq və Təsir Etmə: Məlumat mübadiləsi, nəticələrin paylaşılması və tövsiyələr üçün dəstək əldə etmək məqsədilə çarpaz funksional komandalar və maraqlı tərəflərlə konstruktiv iş münasibətləri qurmaq bacarığı.
  • Davamlı öyrənmə: İR analitikası, hesabatvermə sistemləri, texnologiyalar və normativ mühitdəki dəyişiklikləri izləmək, davamlı olaraq öyrənmək və adaptasiya olmaq istəyi.

Kompüter bacarıqları:

  • İR informasiya sistemləri və hesabatvermə alətləri daxil olmaqla, müxtəlif proqram təminatlarından yüksək səviyyədə istifadə bacarığı.
  • MS Power BI (Qabaqcıl)
  • MS Excel (Qabaqcıl)
  • MS Power Point (Qabaqcıl)
  • SQL (Qabaqcıl)
  • Power Query (Qabaqcıl)
  • Professional Power Shell
  • Good Data Gateway – 
  • API/Rest API JS Technologies (qabaqcıl)
  • Müştəriyönümlülük
  • Nəticəyönümlülük
  • Əməkdaşlıq
  • Etibarlılıq
  • Fəaliyyət yönümlülük
  • Strateji Düşüncə

Qeyd: Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına “İR analitikası və hesabatları üzrə ekspert” başlığı ilə CV göndərərək  müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Job summary:

The HR Analytics and Reporting Expert supports strategic decision-making by analyzing Human Resources data and preparing reports, contributing to the optimization of HR strategies. They also play a key role in managing analytical tools, ensuring data accuracy, and providing strategic recommendations to leadership.

Job duties:

  • Execute the collection and advanced analysis of HR data to prepare complex and predictive reports on key metrics such as turnover, headcount, diversity, and recruitment effectiveness.
  • Establish and refine data governance processes and standards, collaborating closely with relevant HR functions to ensure data accuracy and completeness.
  • Identify complex trends, potential risks, and opportunities within HR data; formulate strategic, data-driven recommendations for enhancing HR policies, procedures, and initiatives.
  • Manage the design, development, and optimization of HR reporting systems, tools, and visual dashboards to support decision-making, compliance, and strategic planning processes.
  • Present analytical outcomes, deep insights, and evaluations clearly and effectively to senior management and other key stakeholders.
  • Be accountable for the execution of analytical projects and, where necessary, provide methodological support and guidance to team members
  • Oversee the processes for collecting and inputting HR data into reporting systems, ensuring accuracy and completeness.
  • Conduct advanced analysis (e.g., regression, forecasting) of HR data to identify trends, structural patterns, correlations, and potential causal relationships.
  • Generate customized, complex reports and interactive visual dashboards covering key HR metrics such as headcount, turnover, diversity, recruitment, performance, etc.
  • Contribute to the development, implementation, and continuous improvement of HR reporting systems and analytical tools, ensuring their relevance, accuracy, and functionality.Collaborate closely as a key partner with HR functions and business units to gather relevant data, identify analytical requirements, and provide effective analytical solutions.
  • Communicate complex analytical insights and strategic recommendations clearly, concisely, and impactfully to management and other stakeholders.
  • Proactively identify significant opportunities for improvement within HR policies, procedures, and practices based on in-depth data analysis.

Job requirements:

  • Bachelor's degree in a relevant field (HR, Business, Statistics, Economics, Data Science, or related); Master's degree preferred.
  • Minimum 4 years of professional experience in a related field.
  • Comprehensive experience in advanced data analysis, reporting, HR systems, and data visualization.
  • High-level analytical thinking, strategic communication skills (particularly presentations to senior leadership), and complex problem-solving capabilities.
  • Experience managing business relationships with third-party resources and vendors.
  • Experience managing complex analytical projects
  • Data analysis (Advanced): Ability to collect, process, analyze, and interpret complex data to identify trends, patterns, correlations, and build predictive models.
  • Reporting & Visualization skills: Ability to effectively utilize and develop reporting systems and tools (e.g., Power BI) to generate impactful, comprehensible reports, dashboards, and presentations on key HR metrics and analytical findings.
  • HR knowledge & Business Acumen: Deep knowledge of HR principles, practices, legislation, and regulations, along with the ability to understand the linkage between HR initiatives and overall business strategy.
  • HR systems proficiency: High-level proficiency in working with HR information systems (HRIS), Analytics Platforms, and relevant technologies for collecting, managing, and analyzing HR data.
  • Strategic Communication: Ability to convey complex analytical findings and strategic recommendations clearly, logically, and persuasively to diverse audiences, including senior management.
  • Attention to detail: Ability to demonstrate a high degree of meticulousness to ensure data accuracy, completeness, and reliability.
  • Problem-solving (Complex): Ability to identify issues, analyze root causes, and develop data-driven solutions and recommendations to optimize HR policies, procedures, and strategies.
  • Project Management: Ability to effectively manage multiple analytical projects and priorities, adhere to established deadlines, and ensure the successful execution of initiatives.
  • Collaboration & Influence: Ability to build constructive working relationships with cross-functional teams and stakeholders for data exchange, sharing findings, and gaining support for recommendations.
  • Continuous learning: Willingness to track changes in HR analytics, reporting systems, technologies, and the regulatory environment, continuously learn, and adapt.

Computer skills:

  • High proficiency in using various software programs, including HR information systems and reporting tools.
  • MS Power BI (Advanced)
  • MS Excel (Advanced)
  • MS Power Point (Advanced)
  • SQL (Intermediate/ Advanced)
  • Power Query (Advanced)
  • Professional Power Shell
  • Good Data Gateway – 
  • Advanced API/Rest API JS Technologies
  • Customer Focus
  • Drives results
  • Collaboration
  • Instills trust
  • Action oriented
  • Strategic Mindset

Note: Interested candidates may apply by sending their resume to the e-mail address in the Apply for job button with “HR Analytics and Reporting Expert” mentioned in the subject line. Only shortlisted candidates will be contacted for the next steps in the recruitment process.

  • Daily10
  • Weekly588
  • Monthly2301