Təsərrüfat işləri üzrə anbardar

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Təsərrüfat işləri üzrə anbardar

  • Deadline 22 Yanvar 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Təchizat şöbəsindən materialları almaq və lazımi qaydada qeydiyyat aparmaq.
  • Materialların, alətlərin və avadanlıqların düzgün saxlanmasını təşkil etmək.
  • Saxlama zamanı materiallara texniki qulluğun göstərilməsi və onların qorunması üçün tədbir görmək.
  • Materiallara nəzarət etmək və Təchizat şöbəsinə vaxtı-vaxtında materiallarla bağlı sifarişlər vermək.
  • Tullantılar, qırıntılar və köhnəlmiş materiallar barədə hesabat vermək.
  • Kənar şəxslərin anbara girişinin qarşısını almaq.
  • Anbarla bağlı qəbzləri, qeydləri və çıxarışları saxlamaq.
  • Təchiz olunmuş materialları qəbul etmək, boşaltmaq,zədə və ya uyğunsuzluqların olub-olmadığını yoxlamaq.
  • Materialların gətirilmə ardıcıllığı ilə təqdim olunmasını təmin etmək və artıqların utilizasiyasını əlaqələndirmək.
  • Materialların uçotunu aparmaq və inventarın lazımi səviyyədə olmasını təsdiqləmək və inventara nəzarət etmək üçün bütün sənədləri təqdim etmək.
  • Yükləmə-boşaltma işlərini, avadanlıqların hərəkətini və ehtiyac duyulan kiçik təmir işlərini əlaqələndirmək.
  • Problemləri vaxtında aşkarlamaq və həll etmək.
  • Prioritetlər müəyyənləşdirmək və vaxtdan səmərəli istifadə etmək.
  • Sərbəst şəkildə və ya komandada işləyə bilmək.

Tələblər:

  • Orta təhsil
  • Anbar sistemi, maddi-texniki təminat və ya oxşar sahədə minimum 1 il iş təcrübəsi.
  • Anbar uçotu, inventarlaşma və maddi məsuliyyət prinsipləri üzrə biliklər.
  • Kompüter bilikləri: MS Excel, MS Word (anbar proqramları üstünlükdür)
  • Dəqiqlik, məsuliyyətlilik və sistemli iş bacarığı.
  • Problemləri operativ şəkildə müəyyən edib həll etmə bacarığı.
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı (rus dili üstünlükdür).
  • Komandada və müstəqil işləmək bacarığı.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Təsərrüfat işləri üzrə anbardar” başlığı ilə CV göndərərək müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily0
  • Weekly175
  • Monthly1855