Azərbaycan Kredit Bürosu Azərbaycan Kredit Bürosu
  • 283

Azərbaycan Kredit Bürosu

Kapital bazarı , Maliyyə xidmətləri

AI Engineer

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

AI Engineer

  • Deadline 16 Fevral 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vakansiya haqqında: Departament: İnformasiya Texnologiyaları Departamenti

Vəzifə üzrə öhdəliklər və fəaliyyətlər:

  • Böyük dil modelləri və digər süni intellekt modelləri əsasında RAG (Retrieval-Augmented Generation) sistemlərinin dizaynı, qurulması və optimallaşdırılması:
  • TensorFlow və/və ya PyTorch kitabxanalarında istifadə edərək dərin öyrənmə modellərinin yaradılması, öyrədilməsi, tənzimlənməsi (fine-tuning) və deployment prosessində iştirak;
  • Python əsaslı backend servislərinin hazırlanması, AI modellərinin real-vaxt və batch rejimlərində API-lər üzərindən sistemlərə inteqrasiyası (FastAPI, Flask və Django istifadə etməklə);
  • Məlumatların emalı, təmizlənməsi, modelması qurulması və modellərin keyfiyyətinin qiymətləndirilməsi üçün scikit-learn və digər alətlərdən istifadə;
  • SQL verilənlər bazaları ilə işləmək, məlumatların çıxarılması, transformasiyası və AI sistemlərinə inteqrasiyas;
  • Mövcud AI sistemlərinin monitorinqi, performansının izlənilməsi, problemlərin diaqnostikası və davamlı təkmilləşdirilməsi;
  • Real məhsullarda (production) AI həllərinin stabil və miqyaslana bilən şəkildə işləməsinin təmin edilməsi;
  • Komanda ilə sıx əməkdaşlıq edərək məhsul tələblərinə uyğun AI komponentlərinin hazırlanması və inteqrasiyası.

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Kompüter elmləri, süni intellekt, riyaziyyat, proqram mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil (bakalavr və ya magistr);
  • Süni intellekt və ya maşın öyrənməsi sahəsində ən azı 1 il real məhsullarda (production) iş təcrübəsi;
  • TensorFlow və/və ya PyTorch ilə dərin öyrənmə modellərinin praktiki inkişafı üzrə təcrübə arzuolunandır;
  • RAG sistemləri və ya oxşar retrieval-based generativ həllərin qurulması təcrübəsi;
  • Python proqramlaşdırma dilində yaxşı səviyyədə backend proqramlaşdırma təcrübəsi (APIlər, servislər, deployment);
  • Scikit-learn və digər müvafiq kitabxanalar, klassik ML alqoritmlərinin tədbiqi ilə model development sahəsndə təcrübə;
  • SQL və verilənlər bazaları ilə iş təcrübəsi;
  • Production mühitində modellərin monitorinqi və qısa zamanda tənzimlənməsi təcrübəsi.

Maraqlanan namizədlər CV-lərini mövzu olaraq “AI Engineer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily46
  • Weekly46
  • Monthly1478