A Azərbaycan Metrologiya İnstitutu
  • 585

Azərbaycan Metrologiya İnstitutu

Government

Bölmə müdiri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Bölmə müdiri

  • Deadline 8 September 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İşə götürən: “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxs

Vakant vəzifə: Bölmə müdiri

İş yeri: Lənkəran, Quba, Qusar, Xaçmaz və Şəki  şəhəri  

Vəzifə öhdəlikləri:

  • Regional bölmənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
  • Regional bölmədə kalibrləmə və yoxlama işlərini aparmaq üçün zəruri şəraiti təmin edir;
  • Regional bölmədə həyata keçirilən ölçmə vasitələrinin müqayisəli yoxlanılması və kalibrlənməsi üzrə işlərinin aparılması, rəylərin verilməsi və müvafiq olaraq sertifikat, şəhadətnamə, bildiriş və protokolların qanunvericiliyə uyğun, keyfiyyətlə və lazımınca yerinə yetirilməsini təmin edir;
  • Tabeliyində olan işçilərin fəaliyyətini tənzimləyir, işçilər arasında iş bölgüsü aparır və onların işinə rəhbərlik və nəzarət edir, əmək və icra intizamına riayət edilməsinə nəzarət edir;
  • Regional bölmədə zəruri normativ-texniki və metodiki sənədlər bazasının yaradılmasını təmin edir;
  • AZS İSO/İEC 17025 tələblərinə uyğun keyfiyyəti idarəetmə sistemi (KİS) üzrə ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi sahəsinə  aid olan sənədlərin hazırlanmasını təmin edir;
  • Regional bölmənin iş planlarının və hesabatlarının hazırlanmasını təmin edir;

Vəzifənin tutulmasına dair tələblər: 

  • 3 ildən az olmayaraq İdarəetmə təcrübəsi;
  • Bakalavr və ya magistr dərəcəsi;
  • Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarıqları (İngilis və rus dili bilikləri arzu olunandır);
  • İT resursları və ofis proqramları üzrə biliklər;
  • Beynəlxalq təşkilatlarla peşəkar bağlılıq(lar) arzuolunandır;
  • Müvafiq sahə üzrə yerli və xarici təcrübə haqqında biliklər;
  • Müvafiq sahə ilə bağlı qanunlar, qaydalar və standartları bilmək;
  • Strateji və analitik düşünmə; 
  • Liderlik, strateji idarəetmə  (komanda qurma, problem həll etmə, iş bölgüsünün aparılması və deleqasiya, münaqişələrin idarə edilməsi, əməkdaşlıq etmə və peşəkar şəkildə ünsiyyət qurma bacarığı);
  • Risklərin və dəyişikliklərin idarəedilməsi;
  • Qərarvermə, 
  • Effektiv əlaqələr qurmaq.

Əmək şəraiti: 

  •   İş qrafiki: 5 günlük (09:00-18:00)
  •   Nahar vaxtı: 13:00-14:00
  •   İstirahət günü: şənbə, bazar
  •   Əməkhaqqı: 1400 Azn +bonus

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Bölmə müdiri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily0
  • Weekly108
  • Monthly846