“Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti 2014-cü ilin aprel ayında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təsis edilmişdir. BOKT-nın yaradılmasında əsas məqsəd az gəlirli şəxslərə, sahibkarlara, fiziki və hüquqi şəxslərə, o cümlədən az təminatlı icmaların ümumi rifah halının yaxşılaşdırılmasına çalışan maliyyə institutlarına qısa və uzun müddətli, təminatlı və təminatsız kreditlər verməkdir.
BOKT-nın qarşısında duran əsas vəzifə ölkə ərazisində insanlarin maddi rifahının artırılması üzrə aparıcı rola malik davamlı maliyyə təşkilatı kimi fəaliyyət göstərməkdən ibarətdir. BOKT-nın missiyası öz müştərilərinin real bizneslərinə və ya istehlak məqsədləri üçün tələblərə uyğun yüksək səviyyəli kredit xidməti göstərməklə onların iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına yardım etməkdir.
BOKT Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 25 iyun 2014 cü il tarixli 06-02069-2014 nömrəli xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərir.
Azərbaycan Mikro Kredit BOKT Arxiv işçisi