Bölgə: Bakı
İş Qrafiki: I-VI günlər
Namizədə dair tələblər:
- Ali iqtisadi və ya hüquqi təhsilə və ya digər ixtisas üzrə ali təhsili olduğu halda audit və yaxud əlaqədar sahələrdə dörd illik iş stajına malik olmalıdır;
- Audit, Daxili Nəzarət, Kredit və ya Maliyyə və mühasibatlıq sahəsində bir ildən çox iş təcrübəsinə malik olanlara üstünlük veriləcəkdir;
- MS Office ilə işləmək bacarığı olmalıdır, xüsusi ilə Excel biliklərinin olması;
- Mühasibat uçotu və maliyyə biliklərinin olması;
- Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə tədbirləri sahəsində biliyə malik olmalıdır;
- Proseslərin təhlili və hesabatların hazırlanması bacarıqlarıqlarına malik olmalıdır;
- İşgüzarlıq, aktivlik, risklərin qiymətləndirilməsi, analitik düşünmə qabiliyyəti, təşəbbüskarlıq və problemləri həll etmək bacarığının olması;
- İşdə dəqiqlik göstərməli və detallara diqqətlə yanaşmalı.
- Dil bilikləri:Azərbaycan dilini yaxşı səviyyədə,Rus dili biliyi arzu olunandır;
İşin təsviri:
- Mühasibat uçotu və maliyyə hesabatlarını yoxlamaq, təhlil etmək və hesabat hazırlamaq.
- Mövcud struktur vahidlərini yoxlamaq, təhlil etmək və hesabat hazırlamaq;
- Mövcud risklərin müəyyənləşdirilmək və onların aradan qaldırılması ilə bağlı tövsiyələr vermək;
- Şirkətə aid strukturaların yoxlanılması məqsədi ilə ezamiyyələrdə iştirak etmək;
- Audit hesabatlarını sənədləşdirmək, aidiyyatı üzrə təqdim etmək və arxivləşdirmək;
- Rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına Subject/Mövzu hissəsində “Daxili Audit” qeyd etməklə göndərmələri xahiş olunur.