“Azərbaycan Mikro-Kredit BOKT” MMC Şirvan şəhəri üzrə Xəzinədar vəzifəsinə işçi qəbulu elan edir.
İş şəraiti
- İşəgötürən: “Azərbaycan Mikro-Kredit BOKT” MMC
- Bölgə: Şirvan filialı
- İş günləri - Bazar ertəsi – Şənbə
Yalnız Şirvan şəhəri üzrə yaşayan xanım namizədlər müraciət etsin.
Tələblər:
- Ali təhsil;
- Oxşar vəzifədə iş təcrübəsi arzuolunandır;
- Riyazi biliklər;
- İşdə dəqiq, məsuliyyətli və dürüstlük;
İşin təsviri:
- Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatların həyata keçirilməsi;
- İş gününün sonunda nağd pul vəsaitləri və qiymətlilərin sayılması və üzləşdirilməsi;
Vakansiya ilə maraqlanan şəxslər CV – lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində bölgəyə uyğun olaraq “Xəzinədar-Şirvan” qeyd etməklə göndərə bilər.