Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankı
  • 513

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Banks

Aparıcı mütəxəssis

  • Deadline 21 March 2025

Struktur bölmənin adı: Bazar davranışlarının tənzimlənməsi departamenti \ Bazar davranışlarına nəzarətin metodologiyası şöbəsi

Son müraciət tarixi: 12.03.2025

Vəzifənin funksiyaları:

  • Bazar davranışlarının tənzimləmə və nəzarət sahələri üzrə qabaqcıl beynəlxalq təcrübənin və standartların tətbiqi imkanlarını qiymətləndirir;
  • Zərurət yarandıqda maliyyə xidmətləri bazarının iştirakçıları üzrə requlyativ çərçivəyə nəzərdə tutulan dəyişikliklərə nəzarət subyektlərinin, istehlakçıların və investorların mövqeyini öyrənir, qiymətləndirir, nəzarət subyektləri ilə daim dialoqun olmasını təmin edir;
  • Mərkəzi Bankın bazar davranışlarının tənzimləmə və nəzarət siyasətinə, ayrı-ayrı nəzarət sahələri üzrə qabaqcıl beynəlxalq təcrübənin və standartların uyğun olaraq nəzarət subyektlərinin fəaliyyətinin tənzimlənməsinə və nəzarətin təşkilinə dair normativ metodoloji bazanı hazırlayır, mövcud bazanı təkmilləşdirir;
  • Maliyyə xidmətləri bazarının iştirakçılarının fəaliyyətini tənzimləyən normativ hüquqi aktların hazırlanmasında iştirak edir;
  • Bazar davranışları normativlərinin və tələblərin tətbiqi, habelə səlahiyyətlərinə aid digər məsələlər üzrə nəzarət subyektlərinə, həmçinin Mərkəzi Bankın nəzarət əməkdaşlarına və digər aidiyyəti struktur bölmələrə metodoloji dəstək göstərir;
  • Maliyyə sektoru istehlakçıları və investorların inamını artırmaq üçün hüquqi pozuntular zamanı məsuliyyət tədbirlərinin müəyyənləşdirilməsi ilə əlaqədar təkliflər hazırlayır;

Texniki kompetensiyalar

  • Maliyyə bazarlarını tənzimləyən qanunvericilik bilikəri (orta səviyyədə)
  • Maliyyə məhsulu və xidmətləri üzrə biliklər (orta səviyyədə)
  • Normayaratma üzrə biliklər (orta səviyyədə)

Təcrübə

  • Maliyyə sahəsində (bank, kapital bazarları, ödəniş sistemləri) 3 il

Təhsil

  • Ali təhsil (iqtisadiyyat/maliyyə/ /biznesin idarəedilməsi)

Dil bacarığı

  • Azərbaycan dili (əla səviyyədə), İngilis dil (yüksək səviyyədə)

Kompüter bacarıqları

  • MS Office proqramları (yaxşı səviyyədə)
  • Daily0
  • Weekly0
  • Monthly1891