Struktur bölmənin adı Maliyyə monitorinqi üzrə siyasət və tənzimlənmə departamenti \ Tənzimlənmə və əməkdaşlıq şöbəsi
Vəzifənin funksiyaları:
- Mərkəzi Bankın cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TM/KMM) sahəsi üzrə tənzimlənmə və nəzarət siyasətinin formalaşdırılmasında iştirak edir;
- ƏL/TM/KMM üzrə nəzarət sahəsində dövlət proqramlarının (milli fəaliyyət planlarının) hazırlanmasında və icrasında, bu sahənin inkişafına yönəlmiş dövlət və beynəlxalq proqramların həyata keçirilməsində, ölkənin ƏL/TM/KMM sisteminin milli və beynəlxalq səviyyələrdə qiymətləndirilməsi proseslərində, habelə müvafiq işçi qruplarında iştirak edir;
- Mərkəzi Bankın ƏL/TM/KMM sahəsi üzrə nəzarət siyasətinə və bu sahə üzrə qabaqcıl beynəlxalq təcrübə və standartlara uyğun olaraq maliyyə institutlarına münasibətdə maliyyə monitorinqi orqanının müəyyən etdiyi daxili nəzarət proqramına dair minimum tələblərdən əlavə tələblərin müəyyən edilməsində, eləcə də bu istiqamət üzrə metodoloji bazanın hazırlanmasında və təkmilləşdirilməsində iştirak edir;
- ƏL/TM/KMM sahəsi və nəzarət məqsədləri üçün metodiki materialları hazırlayır, maliyyə institutlarına və Mərkəzi Bankın əlaqədar funksional bölmələrinə ƏL/TM/KMM üzrə metodiki dəstək göstərir, Mərkəzi Bankın fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq hüquqi aktlara və metodoloji sənədlərə aidiyyəti üzrə rəy və təkliflər verir;
- Mərkəzi Bankın ƏL/TM/KMM üzrə nəzarət strategiyasının formalaşdırılmasında, Departamentin büdcə layihəsinin hazırlanmasında iştirak edir, təsdiq edilmiş planı icra edir, planın icrasına dair məlumatı rəhbərliyə təqdim edir;
- Departamentin vəzifələrinin icrası ilə əlaqədar səlahiyyətləri daxilində Mərkəzi Bankın struktur bölmələrinə sorğu verir və onlardan məlumatları (sənədləri) alır, zəruri məlumatların (sənədlərin) əldə edilməsi məqsədilə dövlət orqanlarına (qurumlarına) və maliyyə institutlarına sorğuları hazırlayır;
- Səlahiyyətlərinə aid məsələlərlə bağlı departamentə daxil olan müraciətlərə baxır, zəruri hallarda müraciətdə qeyd olunan məsələlərlə bağlı araşdırmaları aparır, sorğu və məktublara cavablar hazırlayır;
- Departamentin fəaliyyət istiqamətləri üzrə Mərkəzi Bankın aldığı texniki yardım layihələrində iştirak edir;
- Rəhbərliyin tapşırığına uyğun olaraq Departamentin fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirir;
- ƏL/TM/KMM sahəsində keçirilən konfranslarda, seminarlarda, forumlarda, treninqlərdə və digər tədbirlərdə iştirak edir.
Texniki kompetensiyalar
- ƏL/TM/KMM sahəsində qanunvericilik bilikləri
- Maliyyə sahəsində (bank, sığorta, qiymətli kağızlar, BOKT, valyuta mübadiləsi və s.) qanunvericilik bilikləri
- Risklərin qiymətləndirilməsi üzrə biliklər
- Təqdimat və yazı bacarıqları
Təcrübə
- ƏL/TMM, komplayens, audit, risklərin qiymətləndirilməsi, nəzarət, hüquq və ya analitik sahəsində 3 il,
- Hüquq sahəsi üzrə 1 illik təcrübə
Təhsil
- Ali təhsil (hüquq);
Dil bacarığı
- Azərbaycan dili (yüksək səviyyədə), İngilis dil (yaxşı səviyyədə)
Kompüter bacarıqları
- MS Office proqramları, xüsusilə MS Excel (yaxşı səviyyədə)
Sertifikatlar
- ƏL/TMM, komplayens, audit, risklərin qiymətləndirilməsi, nəzarət, hüquq və ya analitik sahələrdə peşəkar sertifikatları olan namizədlərə üstünlük verilir.