Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankı
  • 779

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Banks

Bankların fəaliyyətinə nəzarət departamenti \ Banklarda bazar davranışlarına nəzarət şöbəsinin mütəxəssisi

Bankların fəaliyyətinə nəzarət departamenti \ Banklarda bazar davranışlarına nəzarət şöbəsinin mütəxəssisi

  • Deadline 4 March 2025

Vəzifənin funksiyaları:

  • Bazar iştirakçılarının davranışlarında potensial sistem risklərini müəyyən etmək və onların qarşısını almaq üçün tədbirlər təklif etmək;
  • Bank sektorunda rəqabət mühitinin şəffaflığını və sağlamlığını qiymətləndirmək, bazarda dominant mövqeyə malik subyektlərin təsirini təhlil etmək;
  • Şöbənin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirmək;
  • Bankların bazar davranışlarının yerli və beynəlxalq normativ tələblərə uyğunluğunu təhlil etmək və uyğunsuzluq halları barədə hesabat hazırlamaq;
  • Bank məhsullarının bazar şərtlərinə uyğunluğunu, şəffaflığını və istehlakçı hüquqlarına təsirini araşdırmaq;
  • Bank sektorunda bazar iştirakçılarının davranışlarını müşahidə etmək, qiymətləndirmək və potensial riskləri müəyyən etmək;
  • Banklarda bazar manipulyasiyalarına yol verməməsi üçün analitik alətlərin tətbiqi və risklərin araşdırılması;
  • Şöbənin funksiyarına aid müxtəlif hesabatların, təqdimatların hazırlanmasında iştirak;
  • Departamentin əməliyyat planına müvafiq olaraq şöbənin vəzifələrinə dair hədəflərin müəyyən edilməsində iştirak;

Texniki kompetensiyalar

  • Bank və valyuta qanunvericiliyi sahəsində biliklər (orta səviyyədə) 
  • Bank nəzarəti sahəsində Bazel Komitəsinin prinsipləri üzrə biliklər (İlkin səviyyədə)
  • İqtisadiyyat və maliyyə sahəsində ümumi biliklər (orta səviyyədə)
  • Təqdimat və yazı bacarığı (orta səviyyədə) 

Təcrübə

  • Maliyyə sektorunda və ya iqtisadi sahədə 2 il

Təhsil

  • Ali təhsil (iqtisadi/maliyyə)

Dil bacarığı

  • Azərbaycan dili (əla səviyyədə), İngilis dil (yaxşı səviyyədə)

Kompüter bacarıqları

  • MS Office proqramları (yaxşı səviyyədə)
  • Daily0
  • Weekly0
  • Monthly1891