Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankı
  • 413

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Банки

Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamenti \ Protokol şöbəsi \ Mütəxəssis

  • Истекает 8 май 2026

Vəzifənin funksiyaları:

  • Xarici təşkilatların nümayəndələrinin Mərkəzi Banka səfərləri ilə əlaqədar tədbirləri həyata keçirir, onların Mərkəzi Bankda görüşlərini təşkil edir;
  • Mərkəzi Bankın rəhbərliyinin və əməkdaşlarının xarici ölkələrə (beynəlxalq təşkilatlar və xarici mərkəzi banklara) səfərlərinin təşkilində iştirak edir;
  • Mərkəzi Bankın nümayəndələrinin hökumətlərarası komissiyalarda, xüsusi komitə və qruplarda, beynəlxalq tədbirlərdə iştirakını əlaqələndirir;
  • Mərkəzi Bankın əməkdaşlarının xarici ölkələrə səfərləri ilə bağlı təşkilati işlərin həyata keçirilməsinə dəstək göstərir;
  • Mərkəzi Bankın təşkilatçılığı ilə regional və beynəlxalq tədbirlərin keçirilməsində dəstək göstərir;
  • Şöbəyə daxil olmuş məktubların icrası və sorğuların cavablandırılmasında iştirak edir;
  • Mərkəzi Bankda təşkil edilmiş görüşlər barədə hesabatlar hazırlayır və rəhbərliyə təqdim edir;
  • Nümayəndəlik xərcləri üzrə büdcənin hazırlanmasını həyata keçirir və departamentin illik büdcə layihəsinin hazırlanmasında iştirak edir;
  • Mərkəzi Banka səfəri nəzərdə tutulan xarici qonaqlar üçün nümayəndəlik xərclərinin ayrılması, istifadəsi və rəsmiləşdirilməsi ilə əlaqədar maliyyə məsələlərində Mərkəzi Bankın struktur bölmələrinin fəaliyyətini əlaqələndirir;
  • Departamentin fəaliyyət istiqamətlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsində iştirak edir;
  • Departamentin funksiyaları daxilində rəhbərliyin digər tapşırıqlarını icra edir.

Kompetensiyalar

Davranış kompetensiyaları

  • Analitik təhlil etmə
  • İnnovativlik və kreativlik
  • Komandada işləmə
  • Məsuliyyətlilik
  • Stressə davamlılıq
  • Təkmilləşməyə meyllilik
  • Təşəbbüskarlıq
  • Ünsiyyətqurma
  • Vaxtın idarəedilməsi

Texniki kompetensiyalar

  • Makroiqtisadiyyat
  • Ümumi iqtisadiyyat və bankçılıq
  • Monetar iqtisadiyyat və pul siyasəti
  • Beynəlxalq iqtisadiyyat
  • Mikroiqtisadiyyat
  • Siyasət təhlili üçün modelləşdirmə
  • Statistika və Ekonometrika
  • Təqdimat və yazı bacarıqları

Təcrübə

  • Analoji sahədə ən azı 1 illik iş təcrübəsi

Təhsil

  • Ali təhsil (iqtisadi/maliyyə/beynəlxalq münasibətlər)

Dil bacarığı

  • Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yüksək səviyyədə), Rus dili (arzuolunandır)

Kompüter bacarıqları

  • MS Office proqramları (yüksək səviyyədə)

Əlavə tələblər

  • Beynəlxalq münasibətlər, protokol işinin təşkili 
  • Dövlət və beynəlxalq təşkilatlarla ünsiyyət qurma bacarığı, tədqiqat aparma bacarığı, analitik arayış və brifinqlərin hazırlanması bacarığı 
  • İntensiv rejimdə və kollektiv mühitdə işləmək bacarığı, yaradıcılıq bacarığı 
  • Mərkəzi Bank üzrə biliklər 
  • Təqdimat etmə bacarığı, görüş və tədbirlərin təşkili bacarığı, beynəlxalq və yerli səviyyədə yazışmaların aparılması bacarığı
  • Ümumi iqtisadiyyat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily17
  • Weekly562
  • Monthly129