Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankı
  • 345

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Financial & Insurance Activities , Banking

Beynəlxalq iqtisadiyyat şöbəsinin rəisi

Beynəlxalq iqtisadiyyat şöbəsinin rəisi

  • Deadline 14 September 2026

Struktur bölmənin adı: Tədqiqatlar departamenti

Vəzifənin funksiyaları:

  • Beynəlxalq iqtisadiyyat, xarici ticarət, qlobal proseslərin ölkə iqtisadiyyatına təsirləri ilə bağlı tədqiqat işlərinin həyata keçirilməsinin təşkili və birbaşa iştirak;
  • Tədiyə balansının proqnozlarının hazırlanması ilə bağlı işlərin təşkili və birbaşa iştirak;
  • Qlobal enerji və əmtəə qiymətləri, tərəfdaş ölkələrdə inflyasiya prosesləri üzrə tədqiqat ideyalarının müəyyən edilməsi, bu sahədə araşdırmaların təşkili və nəticələri barədə analitik yazıların hazırlanması;
  • AMB-nin struktur bölmələrinin sorğusu əsasında tematik tədqiqatların aparılmasının təşkili;
  • Tədqiqat mövzularının formalaşdırılması və tədqiqat işlərinin təkmilləşdirilməsində, daxili müzakirələrdə və elmi konfranslarda iştirak, o cümlədən tədqiqat işlərinin dərc edilməsinin təşkili;
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi, araşdırmaların aparılması və təkliflərin hazırlanması;
  • Departament rəhbərliyinin tapşırığına uyğun olaraq şöbənin fəaliyyət istiqamətləri üzrə digər işlərin yerinə yetirilməsi.

Təhsil

  • İqtisadiyyat, beynəlxalq iqtisadiyyat, riyaziyyat, maliyyə - Ali təhsil

Təcrübə

  • Müvafiq sahə üzrə ən azı 4 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə ən azı 1 il iş təcrübəsi

Texniki biliklər 

  • Makroiqtisadiyyat, Mikroiqtisadiyyat, Monetar iqtisadiyyat və pul siyasəti, Ümumi iqtisadiyyat və bankçılıq, Statistika və Ekonometrika, Təqdimat və yazı bacarıqları – yüksək səviyyədə

Kompüter bacarığı

  • Statistik və ya ekonometrik - riyazi tətbiqi proqramlardan Eviews və R (həmçinin bu proqramlarda kodlaşdırma bacarıqları) - Yüksək səviyyədə
  • MS Office proqramları - Yüksək səviyyədə

Dil bilikləri

  • Azərbaycan dili - yüksək səviyyədə
  • İngilis dili – yüksək səviyyədə

Davranış kompetensiyaları

  • Təşəbbüskarlıq, təkmilləşməyə meyllilik, məsuliyyətlilik,,vaxtın idarə edilməsi, ünsiyyətqurma və komandada işləmə

Liderlik kompetensiyaları

  • Dəyişikliklərin idarə edilməsi, təşkilatçılıq və planlaşdırma, qərar qəbuletmə

Əlavə tələblər 

  • Seçim prosesi çərçivəsində real iş mühitində praktiki tapşırıq yerinə yetirmək
  • GZİT təhlili (SWOT), struktur bölmə üzrə vizyon və tədbirlər planı haqqında təqdimat hazırlamaq

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly363
  • Monthly844