Struktur bölmənin adı
- İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal fırıldaqçılıqla mübarizə departamenti / Rəqəmsal fırıldaqçılıqla mübarizə və monitorinq şöbəsi
Vəzifənin funksiyaları:
- Mərkəzi Bankda rəqəmsal fırıldaqçılıqla mübarizə sahəsində siyasət, prosedur və tələblərin hazırlanması prosesində iştirak edilməsi və müvafiq təkliflərin verilməsi;
- Rəqəmsal fırıldaqçılıqla mübarizə sahəsində beynəlxalq təcrübənin araşdırılması, təhlili və yerli tənzimləyici çərçivəyə uyğunlaşdırılması üzrə təkliflərin hazırlanması;
- Mərkəzi Bankın təqdim etdiyi və ya tənzimlədiyi məhsul və xidmətlər üzrə rəqəmsal fırıldaqçılıq risklərinin qiymətləndirilməsi və bu risklərin azaldılması məqsədilə müvafiq tədbirlərin təklif edilməsi;
- Mərkəzi Bankın nəzarət subyektlərində rəqəmsal fırıldaqçılıqla mübarizə sahəsində tətbiq olunan mexanizmlərin qiymətləndirilməsi və yoxlama proseslərində iştirak edilməsi;
- Rəqəmsal fırıldaqçılıqla mübarizə üzrə minimum tələblərin formalaşdırılması prosesində iştirak və metodoloji dəstəyin göstərilməsi;
- Rəqəmsal fırıldaqçılıq halları üzrə məlumatların təhlili, səbəblərin müəyyən edilməsi və təkrarlanma risklərinin azaldılması məqsədilə təkliflərin hazırlanması;
- Sektor üzrə rəqəmsal fırıldaqçılıq risk indikatorlarının müəyyən edilməsi və müvafiq analitik hesabatların hazırlanmasında iştirak;
- Nəzarət subyektləri arasında fırıldaqçılıq halları üzrə məlumat mübadiləsi, erkən xəbərdarlıq mexanizmləri və sektor üzrə koordinasiyanın təmin edilməsi;
- Nəzarət subyektləri arasında məlumat mübadiləsi və erkən xəbərdarlıq mexanizmlərinin inkişafı üzrə təkliflərin hazırlanması;
- Rəqəmsal fırıldaqçılıqla mübarizə sahəsində mərkəzləşdirilmiş mexanizmlərin formalaşdırılması istiqamətində təhlillərin aparılması və təkliflərin verilməsi;
- Rəqəmsal fırıldaqçılıqla mübarizə ilə bağlı məsələlər üzrə Mərkəzi Bankın aidiyyəti struktur bölmələri ilə (ödəniş sistemləri, informasiya texnologiyaları, hüquq, risk və digər sahələr üzrə) qarşılıqlı əməkdaşlıq etmək;
- Rəqəmsal fırıldaqçılıq risklərinin qiymətləndirilməsi və idarə olunması məqsədilə digər struktur bölmələrdən daxil olan məlumatların təhlilində iştirak etmək
Texniki kompetensiyalar
- Rəqəmsal fırıldaqçılıq növləri üzrə dərin bilik
- Ödəniş sistemləri və məhsulları üzrə bilik
- Rəqəmsal fırıldaqçılıqla mübarizə və monitorinq mexanizmlərinin təhlil edilməsi və onların təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması bacarığı
- Böyük həcmli məlumatların işlənilməsi, təhlili və fırıldaqçılıq əlamətlərinin müəyyən edilməsi bacarığı
- Fırıldaqçılıq risklərinin qiymətləndirilməsi və nəzarət mexanizmlərinin qurulması
- Risk modelləri və qiymətləndirmə yanaşmaları üzrə bilik
- Beynəlxalq standartlar və tənzimləyici yanaşmalar üzrə bilik
- İnformasiya sistemləri və inteqrasiyası üzrə ümumi bilik
Təcrübə
- Rəqəmsal fırıldaqçılıqla mübarizə, əməliyyat risklərinin idarə edilməsi və ya komplayens/AML sahələri üzrə ən azı 5 il təcrübə tələb olunur
Təhsil
- Maliyyə, bank işi, iqtisadiyyat, informasiya texnologiyaları, kibertəhlükəsizlik, məlumatların təhlili ilə bağlı ixtisaslar üzrə ali təhsil tələb olunur.
Dil bacarığı
- Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yaxşı səviyyədə) tələb olunur.
Kompüter bacarıqları
- Windows OS ilə işləmə bacarığı tələb olunur
- Rəqəmsal fırıldaqçılığın idarəolunması alətləri ilə təcrübə tələb olunur
- Məlumatların mühafizəsi və informasiya təhlükəsizliyi üzrə əsas biliklər tələb olunur
- SQL – orta səviyyədə arzuolunandır
- Məlumatların vizuallaşdırılması və hesabatlılıq alətləri üzrə bilik arzuolunandır
Sertifikatlar
- Rəqəmsal fırıldaqçılıq, Komplayens/AML, əməliyyat riskləri və digər oxşar sahələrə aid sertifikat arzuolunandır
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.