Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankı
  • 791

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Banks

Böyük analitik (Maliyyə üzrə)

  • Истекает 11 февраль 2025

Struktur bölmənin adı Sığorta fəaliyyətinin tənzimlənməsi departamenti /Tənzimləmə siyasəti şöbəsi 

Hesabatlı olduğu vəzifə Şöbə rəisi

Vəzifənin funksiyaları:

  • Sığorta bazarının riskləri və inkişafı üzrə trendlərə, müəyyən edilmiş strateji hədəflərə uyğun olaraq tənzimləmə siyasətinin formalaşdırılması üzrə təkliflər hazırlayır;
  • Sığorta bazarının tənzimlənməsi üzrə beynəlxalq təcrübədə istifadə olunan nəzəri və praktiki məsələləri öyrənir, beynəlxalq təcrübələrin və standartların tətbiqi üzrə təkliflər hazırlayır;
  • Sığorta bazarı üzrə risklərinin inkişaf trendlərinin izlənilmə nəticələrinə uyğun olaraq sığorta ehtiyatlarının yaradılması, kapital adekvatlığı, sığorta və təkrarsığorta fəaliyyəti üzrə mövcud tənzimləmə çərçivəsini daimi əsasda qiymətləndirir, aşkar edilmiş tənzimləmə boşluqları əsasında müvafiq təkliflər hazırlayır;
  • Sığorta bazarında aparılan nəzarət fəaliyyətlərinin nəticələrinə uyğun olaraq nəzarət proseslərinin, habelə nəzarət tədbirlərinin qanunvericilik bazasını Sığortaçılara prudensial nəzarətin metodologiyası şöbəsi ilə birlikdə daimi əsasda qiymətləndirir, aşkar edilmiş tənzimləmə boşluqları əsasında müvafiq təkliflər hazırlayır; 
  • Sığorta bazarının inkişaf strategiyasının formalaşdırılması üzrə təkliflər verir;
  • Sığorta bazarının maliyyə dayanıqlığının qiymətləndirilməsi ilə bağlı stress-testlərin tətbiqi prosesində iştirak edir;
  • Müəyyən sığorta növləri üzrə sığorta qaydalarının formalaşdırılmasını və daimi təkmilləşdirilməsini həyata keçirir;
  • Sığorta bazarı üzrə normativ-metodoloji sənədlərin tətbiq edilməsi ilə əlaqədar nəzarət subyektlərinə metodoloji dəstək göstərir;
  • Zəruri hallarda Departament direktorunun razılığı əsasında səlahiyyətlərinə aid olan məsələlər üzrə sığorta bazarının iştirakçılarını dəvət etməklə təlimlər, iclaslar və müşavirələr keçirilməsində iştirak edir;

Texniki kompetensiyalar

  • Ümumi iqtisadiyyat və sığorta işi – yüksək səviyyədə
  • Maliyyə – yüksək səviyyədə
  • Maliyyə riyaziyyatı – yüksək səviyyədə
  • Analitik təhlil – yüksək səviyyədə

Davranış kompetensiyaları

  • Analitik təhlil etmə
  • Ünsiyyət qurma
  • İnnovativlik və kreativlik
  • Vaxtın idarəedilməsi

Təcrübə

  • Minimum 3 il, sığorta və ya maliyyə sahəsində fəaliyyət;
  • Tələb edilən iş təcrübəsi üzrə əməkdaşın əvvəlki iş prosesində şirkətin maliyyə vəziyyətinin analizi, risklərin dəyərləndirilməsi işlərə cəlb edilmiş olması, dərin təhlil aparma qabiliyyətinə sahib olması üstünlükdür.

Təhsil

  • İqtisadiyyat, maliyyə, riyaziyyat, ekonometrika və statistika istiqamətləri üzrə ali təhsil

Dil bacarığı

  • Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yaxşı səviyyədə

Kompüter bacarıqları

  • MS Office-Yaxşı səviyyədə
  • Daily0
  • Weekly0
  • Monthly34