Struktur bölmənin adı
- Kapital bazarı fəaliyyətinə dair siyasət və tənzimlənmə departamenti \ Tənzimlənmə və nəzarətin metodologiyası şöbəsi \
Vəzifənin funksiyaları:
- Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin, investisiya fondları və investisiya fondlarının idarəçilərinin fəaliyyətinin tənzimlənməsinə və nəzarətin təşkilinə dair normativ-metodoloji bazanın formalaşdırılması və mövcud bazanın təkmilləşdirilməsi üzrə normayaratma fəaliyyətində iştirak
- Kapital bazarını tənzimləyən qanunvericilik aktlarının hazırlanmasında iştirak
- Mərkəzi depozitar, klirinq təşkilatı və fond birjasının daxili qaydalarının optimallaşdırılması üzrə təkliflər verilməsi, fond birjasının və klirinq təşkilatının daxili qaydalarına rəyin bildirilməsi
- Kapital bazarının iştirakçılarının fəaliyyətini tənzimləyən normativ hüquqi aktların hazırlanmasında iştirak
- Lisenziyalaşdırılan şəxslərdən, habelə beynəlxalq təşkilatlar və yerli qurumlardan daxil olan hüquqi məsələlər ilə əlaqəli sorğuların aidiyyəti üzrə cavablandırılması
- Kapital bazarının iştirakçıları üzrə requlyativ çərçivəyə nəzərdə tutulan əlavə və dəyişikliklərinə kapital bazarı sektorunun mövqeyini qiymətləndirilməsi, lisenziyalaşdırılan şəxslər ilə kommunikasiyanın həyata keçirilməsi
- Kapital bazarına dair savadlılığının artırılması üzrə tədbirlərdə iştirak
- Şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi, araşdırmaların aparılması və təkliflərin hazırlanması.
Texniki kompetensiyalar
- Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında qanun
- Qiymətli kağızlar bazarı haqqında qanun
- Mülki Məcəllənin 4-cü və 54-cü fəsilləri
- Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Qanun
- Qiymətli kağızlar bazarının tənzimlənməsi üzrə normativ baza
- Normativ hüquqi aktlar haqqında Qanun
- İnvestisiya fondları haqqında qanun
- Kapital bazarı sahəsində biliklər
- Maliyyə sistemi, maliyyə bazarları və alətləri
- Maliyyə hesabatlılığı
- Ümumi iqtisadiyyat
Təcrübə
- Maliyyə sektorunda, investisiya sahəsində və ya iqtisadi sektorda hüquq məsləhətçisi kimi iş təcrübəsi (4 il)
Təhsil
- Hüquqşünaslıq (Ali təhsil)
Dil bacarığı
- Azərbaycan dili - əla səviyyədə
- İngilis dili - yaxşı səviyyədə
Kompüter bacarıqları
- MS Office proqramları (yaxşı səviyyədə)
Sertifikatlar
- CFA və ya kapital bazarı sahəsində peşəkar serfitikatlar
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.