Struktur bölmənin adı
- Bazar davranışlarının tənzimlənməsi departamenti \ Maliyyə məlumatlılığı və peşəkar inkişaf şöbəsi
Vəzifənin funksiyaları:
- Bankçılıq, sığorta, kapital bazarları, ödəniş və digər sektorlarda mövcud olan yüksək riskli sahələrin öyrənilməsi, qiymətləndirilməsi və strukturlaşdırılması;
- Risklərin idarə edilməsi, kibertəhlükəsizlik və digər sahələrdə mütəxəssislərin ixtisaslaşmış peşəkar icmalarının təşviq edilməsi;
- Peşəkar Sertifikatlaşdırma çərçivəsinin (PSC) müəyyənləşdirilməsi və Peşə Mütəxəssisləri (PM) üçün təhsil, imtahan və sertifikatlaşdırma tələblərinin və müvafiq qiymətləndirmə alətlərinin hazırlanması;
- Yüksək riskli sahələrə xüsusi diqqət yetirməklə PSC-yə uyğunluğun təmin edilməsi;
- PSC-yə uyğun olaraq maliyyə sektorunda əlaqəli yerli qanunvericiliyi və ARMB-nin qaydalarını əhatə edən imtahan materiallarını hazırlamaq üçün müvafiq yerli təhsil müəssisələri və beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq etmək;
- Yerli universitetlərin təhsil proqramlarının hazırlanması üzrə xarici təhsil müəssisələri ilə tərəfdaşlığın stimullaşdırılması;
- Bilik və təcrübə mübadiləsi məqsədilə yerli və xarici tənzimləyici orqanlarla əməkdaşlığa dair təkliflər hazırlayır;
- Peşəkar Sertifikatlaşdırma Çərçivəsinin hazırlanmasına dair yerli və xarici təhsil və sertifikatlaşdırma qurumları ilə əməkdaşlığın yaradılmasında iştirak etmək.
Texniki kompetensiyalar
- Mərkəzi Bank haqqında Qanun (yüksək səviyyədə)
- Ümumi iqtisadi və maliyyə sahəsi üzrə biliklər (yüksək səviyyədə)
- Resursların və layihələrin idaərəedilməsi bacarıqları (yüksək səviyyədə)
Təcrübə
- Əlaqəli sahədə, eləcə də layihələrin qurulması və idarə edilməsində 3 il
Təhsil
- Ali təhsil (iqtisadiyyat/maliyyə/biznesin idarə edilməsi)
Dil bacarığı
- Səlis azərbaycan, yüksək ingilis dili, orta səviyyədə rus dili bacarığı
Kompüter bacarıqları
- MS Office proqramları (əla səviyyədə)
Sertifikatlar
- Layihə və resursların idarəedilməsində beynəlxalq sertifikasiya arzuolunandır