Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankı
  • 450

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Banklar

Böyük mütəxəssis

  • Deadline 11 Avqust 2025

Struktur bölmənin adı: Sığorta fəaliyyətinə nəzarət departamenti/ Sığortaçıların maliyyə dayanıqlığına nəzarət şöbəsi

Hesabatlı olduğu vəzifə: Şöbə rəisi

Vəzifənin funksiyaları:

  • Təqdim edilmiş hesabatlar üzrə sığorta ehtiyatlarının formalaşdırılmasının düzgünlüyünə, həmçinin sığorta tariflərinin hesablanmasına nəzarət edir;
  • Təsdiq olunmuş yoxlama qrafikinə uyğun olaraq sığortaçılarda və təkrarsığortaçılarda səyyar yoxlamalarda iştirak edir və ya rəhbərlik edir;
  • Sığortaçılar və təkrarsığortaçılar tərəfindən təqdim edilən maliyyə hesabatları və fəaliyyətləri ilə bağlı hesabatları toplayır, təhlil edir və digər nəzarət məlumatları da nəzərə alınmaqla sığortaçıların və təkrarsığortaçıların qanunvericiliyin və normativ xarakterli aktların tələblərinə riayət etməsinə nəzarət edir;
  • Nəzarətin optimallaşdırılması baxımından prudensial normativlərin, tələblərin və hesabatların təkmilləşdirilməsində təkliflər verir;
  • Sığortaçı və ya təkrarsığortaçı tərəfindən təqdim edilmiş aktuar hesabatlar üzrə, o cümlədən , tələb olunan kapitalın məbləğinin, məcmu kapitalın məbləğinin, sığortaçının öz vəsaitinin məbləğinin, zərərlilik dərəcəsi və sığorta və ya təkrarsığorta müqavilələri üzrə şəxsi tutumun formalaşdırlmasının düzgünlüyünə nəzarət edir;
  • Sığortaçı və ya təkrarsığortaçı tərəfindən təqdim edilmiş aktuar hesabatları və maliyyə hesabatları arasında müvafiq göstəricilərin eyniliyinin yoxlanılmasına nəzarət edir;
  • Yoxlamaların nəticələri ilə əlaqədar sığortaçıların və təkrarsığortaçıların rəhbərliyi ilə müzakirələr aparır;
  • Sığortaçılara və təkrarsığortaçılara müvafiq göstərişlər və tapşırıqların verilməsi, habelə daxili nəzarətin nəticələrinə əsasən sığorta qanunvericiliyində nəzərdə tutulmuş nəzarət və sanksiya tədbirlərinin tətbiq edilməsi barədə departament rəhbərliyinə təkliflər hazırlayır;
  • Zəruri hallarda sığortaçıların və təkrarsığortaçıların ləğvetmə proseslərində iştirak edir və ya rəhbərlik edir;
  • Departament direktorunun razılığı əsasında sığortaçının mövcud maliyyə vəziyyəti və inkişaf perspektivləri, qanunvericiliyə, habelə Mərkəzi Bankın normativ xarakterli aktlarının tələblərinə riayət edilməsi kontekstində sığortaçının rəhbər şəxsləri ilə görüşlər keçirir;

Texniki kompetensiyalar:

  • Risklərin idarə olunması– orta səviyyədə
  • Maliyyə – yüksək səviyyədə
  • Ümumi iqtisadiyyat və bankçılıq– yüksək səviyyədə
  • Sığorta, statistika, ekonometrika– yüksək səviyyədə

Davranış kompetensiyaları:

  • Analitik təhlil etmə
  • Ünsiyyət qurma
  • İnnovativlik və kreativlik
  • Vaxtın idarəedilməsi

Təcrübə:

  • Müvafiq sahədə (Aktuari, Maliyyə və İqtisadiyyat) 3 il;

Təhsil:

  • Müvafiq sahədə (Maliyyə/İqtisadiyyat/Riyaziyyat) ali təhsil

Dil bacarığı:

  • Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yaxşı səviyyədə

Kompüter bacarıqları:

  • MS Office-Yaxşı səviyyədə

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily24
  • Weekly24
  • Monthly2322