Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankı
  • 272

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Maliyyə və sığorta fəaliyyəti , Bankçılıq

Böyük mütəxəssis

  • Deadline 26 Oktyabr 2026

Struktur bölmənin adı Bazar davranışlarına nəzarət və tənzimləmə departamenti, Bazar davranışlarına nəzarət şöbəsi

Hesabatlı olduğu vəzifə Şöbə rəisi

Vəzifənin funksiyaları:

  • Nəzarət subyektlərinə dair hesabatları, şikayətləri və nəzarətlə bağlı digər məlumatları toplayır, təhlil edir və nəzarət subyektlərinin risk profilini müəyyən edərək yoxlama planlarının hazırlanmasını təmin edir;
  • Bazar davranışları üzrə yoxlama planına və qanunvericiliyə uyğun olaraq, nəzarət subyektlərində növbəti və növbədənkənar yoxlamaları (o cümlədən monitorinqlər), habelə test məqsədli alış fəaliyyətini həyata keçirir və nəticəsinə uyğun yoxlama hesabatını (arayışı) təqdim edir;
  • Nəzarət subyektlərinə dair hesabatları, şikayətləri, sosial şəbəkələri, kütləvi informasiya vasitələrini və nəzarətlə bağlı digər məlumatları və trendləri təhlil edərək bazarın monitorinqini aparır və istehlakçıların müdafiəsi ilə bağlı erkən xəbərdarlıq siqnallarını aşkar edir;
  • Nəzarət subyektlərinin bazar davranışları üzrə komplayens (uyğunluq) nəzarətini həyata keçirir;
  • Qanunvericiliyə uyğun olaraq, bazar davranışları üzrə nəzarət subyektlərinə icrası məcburi olan göstərişlərin verilməsi və digər nəzarət tədbirlərinin tətbiqi ilə bağlı təkliflər hazırlayır və icrasına nəzarət edir;
  • Bazar davranışları üzrə tətbiq olunmuş nəzarət alətlərinin, o cümlədən təsir, təshih tədbirləri və sanksiyaların müvəqqəti və ya tam dayandırılması barədə nəzarət subyektlərindən daxil olmuş vəsatətlərə dair rəy hazırlayır;
  • Aidiyyəti struktur bölmələr tərəfindən makroiqtisadi, prudensial nəzarət və maliyyə sabitliyi istiqamətində təhlillərin aparılması məqsədi ilə onlara nəzarət subyektlərinin fəaliyyəti ilə bağlı informasiya dəstəyi göstərir;
  • Bazar davranışı normativlərinin və tələblərin, nəzarət subyektləri tərəfindən Mərkəzi Banka təqdim olunan hesabatların, habelə cari nəzarət prosesinin effektivliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayır.

Texniki biliklər

  • Risklərin idarəolunması üzrə biliklər– orta səviyyədə
  • Maliyyə üzrə biliklər – yüksək səviyyədə
  • Ümumi iqtisadiyyat və bankçılıq üzrə biliklər – yüksək səviyyədə

​​​​​​​Təcrübə

  • Maliyyə institutlarında müvafiq sahə üzrə minimum 3 il 

​​​​​​​Təhsil

  • Müvafiq sahədə ali təhsil (Maliyyə/İqtisadiyyat/Hüquq/İdarəetmə)

Dil bacarığı

  • Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (orta səviyyədə)

Kompüter bacarıqları

  • MS Office-Yaxşı səviyyədə

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily102
  • Weekly317
  • Monthly1173