Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankı
  • 183

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Banks

Böyük sistem inzibatçısı (Microsoft üzrə)

  • Истекает 31 июль 2025

Struktur bölmənin adı

  • İnformasiya texnologiyaları əməliyyatları departamenti \ İT infrastruktur təminatı şöbəsi \ Sistem inzibatçılığı bölməsi

Vəzifənin funksiyaları:

  • Avtomatlaşdırılmış İdarəetmə Sistemlərinin yaradılması layihələri üzrə proqram təminatlarının tətbiqi işində iştirak edir;
  • Domain mühitinin idarə olunması;
  • Ehtiyat mərkəzdə dayanıqlılığın təmin edilməsi;
  • Mail serverin fəaliyyətinin davamlılığın təmin edilməsi;
  • Microsoft üzrə proqram təminatı yenilənmələrinin təmin edilməsi;
  • Sertifikat serverlərin fəaliyyətinin davamlılığının təmin edilməsi;
  • Mərkəzi Bankın lokal və qlobal şəbəkə struktur vahidlərinin etibarlı, təhlükəsiz və fasiləsiz fəaliyyətinin təmin edilməsi üzrə inzibatçılıq funksiyalarını həyata keçirir;
  • Ümumi infrastrukturun təkmilləşdirilməsi və inkişafı ilə bağlı şəbəkə strukturunun, əməliyyat sistemlərinin, proqram vasitələrinin və texniki avadanlıqların müəyyən edilməsində, habelə texniki sənədlərin hazırlanmasında iştirak edir;
  • İnfrastruktur avadanlıqlarının quraşdırılmasını, sazlanmasını və istismara daxil edilməsini təmin edir;
  • Cavabdeh olduğu infrastruktur vahidlərinin topologiyasının tərtib edilməsini və daim onun yenilənməsini həyata keçirir;
  • Mərkəzi Bankın uçot sahələrinin idarə edilməsini təmin edən informasiya sistemlərinin etibarlı, təhlükəsiz və fasiləsiz fəaliyyətini təşkil edir;
  • İnformasiya sistemlərinin fasiləsiz fəaliyyətinin təmin edilməsi üçün Mərkəzi Bankın Ehtiyat Mərkəzlərində işi təşkil edir;
  • İnformasiya təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirlər görür;
  • Daxili hüquqi sənədlərlə müəyyən olunmuş digər inzibatçılıq funksiyalarını icra edir;
  • Şöbənin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını icra edir.

Texniki kompetensiyalar

  • Layihələrin idarə edilməsi üzrə bilklər və təcrübə 
  • İnsidentlərin texniki izahı
  • Təqdimat və yazı bacarığı

Təcrübə

  • Microsoft inzibatçılığı üzrə 4 il iş təcrübəsi

Təhsil

  • İnformasiya Texnologiyaları və Riyaziyyat sahəsində ali təhsil tələb olunur. Fərqli ixtisaslar üzrə ali təhsil olduqda sahə üzrə ən azı 6 il iş təcrübəsi tələb olunur.

Dil bacarığı

  • Azərbaycan dili (yüksək səviyyədə), İngilis dil (yüksək səviyyədə)

Kompüter bacarıqları

  •  Active directory
  • WDS/ WSUS
  • DFS/DFRS
  • Exchange Server
  • Sertifikat server
  • Microsoft Configuration Manager
  • ESXİ/ VCenter (əlavə üstünlük)
  • Veeam backup (əlavə üstünlük)
  • FileServer/PrintServer
  • Domain controller
  • Microsoft Azure
  • Witness Server

Sertifikatlar

  • Microsoft Certified Solutions Associate (MCSA) və ya ekvivalentli sertifikatlar üstünlükdür.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily27
  • Weekly623
  • Monthly1171