Struktur bölmənin adı
- Maliyyə idarəetməsi departamenti
Vəzifənin funksiyaları:
- Departamentin əsasnaməsinə uyğun olaraq departamentin işinin təşkil edilməsi və departamentə bilavasitə rəhbərlik edilməsi;
- Departamentə aid olan məsələlər üzrə təkliflərin AMB İdarə Heyətinin müzakirəsinə təqdim edilməsi;
- Mərkəzi Bankın büdcə planlaşdırılması və icrasına nəzarət proseslərinə rəhbərlik etmək;
- Departamentin əməkdaşları arasında vəzifə bölgüsünün aparılması, vəzifə təlimatlarının təsdiq edilməsi, əməkdaşların vəzifə funksiyalarını yerinə yetirilməsi üçün lazımi şərait yaradılması və fəaliyyətlərinə nəzarət edilməsi;
- Departamentin mütəxəssislərinin professional inkişafları üçün tədbirlər görülməsi, təhsil ehtiyaclarının müəyyənləşdirilməsi və təsdiq edilməsi, əməkdaşların təhsil tədbirlərində iştirakının və işçilər arasında təcrübə mübadiləsinin təmin edilməsi;
- Departamentin fəaliyyəti ilə bağlı tələbatı nəzərə alaraq departamentin strukturu və ştatı haqqında, habelə işçilərin qiymətləndirilməsi, motivasiya edilməsi və işdə yol verilən pozuntulara görə intizam tənbehlərinin verilməsi haqqında təklif və təqdimatlarla rəhbərlik qarşısında çıxış edilməsi;
- Mərkəzi Bankın maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarətin həyata keçirilməsi;
- Bankın daxili maliyyə əməliyyatlarının şəffaflığını və beynəlxalq standartlara uyğunluğunu təmin etmək;
- Departamentin işçiləri hər hansı bir səbəbdən işdə olmadıqda onların vəzifələrinin icrasının təşkil edilməsi;
- Departamentin səlahiyyətinə daxil olan digər məsələlərin həll edilməsi və rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsi.
Texniki kompetensiyalar
- Maliyyə sistemi, maliyyə bazarları və alətləri
- Risklərin idarə edilməsi
- BMHS/IFRS bilikləri
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi üzrə biliklər
- Əmək Münasibətləri və Əmək Məcəlləsi üzrə biliklər
- Mülki Qanunvericilik bilikləri
Təcrübə
- Maliyyə, mühasibatlıq və ya audit sahəsində minimum 10 il, o cümlədən bank sektorunda və ya “Böyük dördlük”-ə daxil olan audit şirkətlərində (maliyyə, mühasibatlıq və ya audit sahələri üzrə) minimum 5 il iş təcrübəsi tələb olunur.
- Həmçinin, qeyd edilən iş təcrübəsinin minimum 5 ilinin rəhbər vəzifələrdə olması tələb olunur. (Mərkəzi Bank daxilində namizədlər üçün minimum şöbə müdiri, digər namizədlər üçün isə minimum direktor müavini və daha yuxarı vəzifələr nəzərdə tutulur. “Böyük dördlük” audit şirkəti olduqda minimum menecer vəzifəsi).
Təhsil
- Maliyyə, İqtisadiyyat, Riyaziyyat və ya İdarəetmə ixtisasları üzrə ali təhsil tələb olunur.
Dil bacarığı
- Azərbaycan dili (yüksək), İngilis dili (yüksək)
Kompüter bacarıqları
- MS Office proqramları (yüksək səviyyədə)
Sertifikatlar
- ACCA/CFA sahəsində nailiyyətlər arzu olunandır.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.